AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ötən seçkilərdə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə, ilk növbədə, səmimi təbrikimizi qəbul edin.
Prezident seçkilərində Sizin qələbəniz şirkətimiz üçün də böyük sevincdir.
Biz “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsinə və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına dair layihələrin tam hüquqlu iştirakçısı kimi, onların dəqiq və səmərəli şəkildə həyata keçirilməsinə bundan sonra da bütün mümkün köməyimizi göstərməyə, habelə ölkənizin iqtisadi inkişafına və Yaponiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin genişlənməsinə töhfə verməyə hazır olduğumuzu bildiririk.
Yaxın vaxtlarda Sizinlə görüşmək, Sizi yenidən təbrik etmək imkanından çox məmnun olardıq.
Biz Sizə səmimi qəlbdən möhkəm cansağlığı və işinizdə böyük uğurlar, habelə Sizin əla rəhbərliyinizlə Azərbaycan Respublikasının daha da inkişaf etməsini arzulayırıq.
Sonda, icazə verin, atanızın tezliklə sağalmasını diləyək. Biz ondan həmişə lütfkarlıq və səmimiyyətlə kömək və məsləhətlər alırdıq.
Dərin hörmətlə,
Kunixiko Matsuo
“İnpeks Korporeyşn” şirkətinin prezidenti
Tokio, 29 oktyabr 2003-cü il.