AZƏRBAYCAN RESPUBLİKASININ VƏKİLLƏR KOLLEGİYASI BU QURUMDA İŞLƏMƏK ARZUSUNDA OLANLARIN SƏNƏDLƏRİNİN QƏBULUNA BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə uyğun olaraq, Vəkillər Kollegiyasında işləmək arzusunda olan şəxslərin sənədlərinin qəbuluna başlayır.
Vəkillər Kollegiyasının Rəyasət Heyətindən bildirmişlər ki, qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər aşağıdakı sənədlərini Rəyasət Heyətinə təqdim etməlidirlər:
Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə; şəxsiyyət vəsiqəsinin notariat tərəfindən təsdiq edilmiş surəti; ali təhsil barədə diplom və onun notariatda təsdiq edilmiş surəti; əmək kitabçasının notariat tərəfindən və ya iş yerində təsdiq edilmiş surəti; kadrların şəxsi məlumat vərəqəsi; tərcümeyi-hal; əqli cəhətdən sağlamlıq barədə tibbi arayış; 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
Sənədlər Vəkillər Kollegiyası Rəyasət Heyətinin binasında (Bakı, S.Vurğun küçəsi, 32) 2008-ci il iyulun 15-dən noyabrın 15-dək şənbə və bazar günlərindən başqa hər gün saat 14-dən 17-dək qəbul olunur.
İxtisas imtahanlarının keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə 494-14-95 və 494-08-70 nömrəli telefonlarla əlaqə saxlamaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]