AZƏRBAYCAN RƏSSAMININ MOSKVADA SƏRGİSİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Moskvadakı səfirliyində həmvətənimiz, rəssam Maya Bədəlbəylinin fərdi sərgisi açılmışdır. Sərgidə müəllifin dərin məzmunlu, güclü bədii təsiri ilə gözoxşayan 30-dan çox kiçik həcmli əsəri nümayiş etdirilir. Portretlər və mənzərələr, müxtəlif rəsmlər sərgidə əsas yer tutur. Ixtisasca filoloq və sosioloq olan Maya Bədəlbəyli uzun müddət Azərbaycan Mədəniyyət Nazirliyində sosiologiya şöbəsinə rəhbərlik etmişdir. 1994-cü ildə onda rəssamlıq istedadı aşkar olmuşdur. Onun yaradıcılığı haqqında film də çəkilmişdir. M.Bədəlbəyli “Dialoq” və “Kainatın səsləri” kitablarının, müxtəlif qəzet və jurnallarda dərc edilmiş 100-dək məqalənin müəllifidir. 2000-ci ildə onun ilk fərdi sərgisi keçirilmişdir. Maya Bədəlbəylinin indiki sərgisi ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi və Ümumrusiya Azərbaycan Konqresinin yaxından köməyi ilə təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [11:46]
Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib
- 08.06.2026 [11:40]
Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib
- 08.06.2026 [08:35]
Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar
- 07.06.2026 [21:36]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [18:34]
Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı bölməsi" açılıb
- 07.06.2026 [17:43]
Qafqaz bəbirinin izi ilə Qarabağ tarixinə: “Doğma torpaq” filmi Aşqabadda
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:50]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:47]
Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib
- 07.06.2026 [23:18]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [23:04]
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
- 07.06.2026 [21:49]
Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb
- 07.06.2026 [21:36]
Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
- 07.06.2026 [21:29]
SOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub
- 07.06.2026 [21:23]
FHN-in komandaları beynəlxalq turnirdə yüksək nəticə göstəriblər
- 07.06.2026 [21:16]
Çövkən üzrə Dünya Çempionatı: Polşa və Uruqvay ilk qələbələrini qazandılar
- 07.06.2026 [20:58]