Azərbaycan səfiri Cənubi Afrika Respublikasının Hərbi Dəniz Qüvvələrinin rəhbəri ilə görüşüb
Bakı, 1 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov oktyabrın 1-də bu ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Samuel Hlonqvane ilə görüşüb.Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verib. Söhbət zamanı Azərbaycan-CAR münasibətləri, müxtəlif sahələrdə əlaqələr, təcrübə mübadiləsi, müvafiq qurumlar arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.
Admiral S.Hlonqvane bu yaxınlarda CAR-ın Saymons Taun şəhərində Hərbi Dənizçilik Muzeyinin fəaliyyətə başladığını və həmin muzeydə Azərbaycanda təhsil almış hərbçilərə xüsusi guşə ayrıldığını qeyd edib.
Səfir E.Poluxov həmsöhbətini Azərbaycana səfərə dəvət edib.
Qeyd edək ki, admiral S.Hlonqvane 1987-1991-ci illərdə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]