Azərbaycan təmsilçiləri Optima HİV proqramının idarə olunması ilə bağlı tədbirdə iştirak ediblər


Bakı, 24 sentyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Qlobal Fondun və UNAIDS-nin təşkilatçılığı ilə Optima HİV proqramının idarə olunması ilə bağlı Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli məsləhətçilərin görüşü keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, tədbirdə Azərbaycanı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru və müavini, Layihə Əlaqələndirmə Bürosunun əməkdaşları təmsil edib.
Konsultativ yığıncaqda İİV infeksiyası ilə mübarizə tədbirlərinin təkmilləşdirilməsi, epidemioloji məlumatların təhlili, risk qrupları arasında həyata keçirilən proqramların səmərəliləşdirilməsi, İİV-ə yoluxmuş şəxslərin Antiretrovirus terapiyasının əhatə dövriyyəsinin genişləndirilməsi və digər mövzularda müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]