ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universitetində elmi-praktik seminar keçirilmişdir
Bakı, 10 aprel (AZƏRTAC). Aprelin 10-da Azərbaycan Texniki Universitetində (AzTU) “KELLER Soft Ware Symplus proqram-metodiki kompleksin texniki və texnoloji imkanları” mövzusunda elmi-praktik seminar keçirilmişdir.
AzTU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin texnoloji və xüsusi texnika kafedrasının müdiri, professor Həsən Hüseynov “Torna revolver dəzgahı üçün idarəedici proqramın avtomatlaşdırılmış hazırlanması və icrası” mövzusunda məruzə etmişdir.
Seminar iştirakçıları, həmçinin “VF-1 emal mərkəzində idarəedici proqramın avtomatlaşdırılmış hazırlanması və icrası” haqqında mühazirə də dinləmişlər.
Tədbirdə universitetin əməkdaşları ilə yanaşı, Müdafiə Sənayesi Nazirliyinin aparıcı mütəxəssisləri də iştirak etmişlər.