Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Türkmənistan münasibətləri: Ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru

Azərbaycan-Türkmənistan münasibətləri: Ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru

Bakı, 20 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov yaxın zamanlarda Azərbaycana ilk dövlət səfərinə gələcək. Prezident Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyev ilə ikitərəfli görüş keçirəcək, həmçinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edəcək. Səfər çərçivəsində bir sıra sənədlərin, həmçinin dövlət başçıları tərəfindən Birgə Bəyannamənin imzalanması nəzərdə tutulur.

AZƏRTAC səfər ərəfəsində Azərbaycan-Türkmənistan münasibətlərinə qısa nəzər yetirir.

Müasir beynəlxalq münasibətlər sistemində yeni regional güc mərkəzlərinin formalaşması fonunda Azərbaycanın Mərkəzi Asiya regionu, xüsusən də geostrateji tərəfdaşı olan Türkmənistanla qurduğu çoxşaxəli əlaqələr müstəsna əhəmiyyət kəsb edir. Köklü etnik-mədəni mənşəyə, dil, din və tarixi tale birliyinə malik olan bu iki Xəzəryanı dövlət 2017-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə ikitərəfli münasibətlərini keyfiyyətcə yeni, daha yüksək müstəviyə qaldırıb. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin iqtisadi səmərəliliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.

Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizi birləşdirən ortaq tarix, mədəniyyət, etnik köklər, dilimiz və dinimizdir. Türkmən və Azərbaycan xalqları, sözün əsl mənasında, qardaşdırlar və əsrlər boyu bu qardaşlıq hissləri ilə yaşamışlar. Bu gün müstəqil dövlətlər kimi böyük uğurlara imza atırlar”.

Siyasi dialoq və diplomatik dinamika

Azərbaycan və Türkmənistan arasında formalaşmış yüksək etimad mühiti iki ölkənin intensiv xarakter daşıyan yüksəksəviyyəli qarşılıqlı səfərlərində və davamlı siyasi dialoqda aydın şəkildə özünü göstərir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu münasibətlərə toxunaraq bildirib: “Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk”.

Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir.

Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir. Qəbələ şəhərində keçirilən tədbir regional əməkdaşlıq formatlarının genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.

Bu yüksək etimad mühitinin rəmzi olaraq, liderlərin qarşılıqlı diplomatik jestləri və hədiyyələri xalqlararası mənəvi bağları möhkəmləndirir. Bu xüsusda, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısı İlham Əliyevə “Taus” ləqəbli şöhrətli “Axaltəkə” atını hədiyyə etməsi dövlətlərarası ali ehtiramın göstəricisidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin də Qurbanqulu Berdiməhəmmədova Qarabağ atını hədiyyə etməsi bütövlükdə Türk dünyasında köklü tarixi ənənələrin yaşadılmasının və Bakı ilə Aşqabad arasındakı əbədi dostluğun müasir diplomatiya tarixinə həkk olunan parlaq rəmzləridir.

Azərbaycan və Türkmənistan arasında hüquqi-normativ baza da kifayət qədər geniş və əhatəlidir. İndiyədək müxtəlif sahələri əhatə edən 108 ikitərəfli sənədin imzalanması əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. Bu sənəd bazasının daha da genişləndirilməsi isə 2026-cı il iyunun 22-23-də Sərdar Berdiməhəmmədovun Azərbaycana gözlənilən ilk dövlət səfəri çərçivəsində nəzərdə tutulur. Bu tarixi səfərin iki ölkə arasında gələcək əməkdaşlığın prioritetlərini müəyyən edən yeni fəaliyyət proqramı formalaşdıracağı gözlənilir.

Bununla yanaşı, Azərbaycan və Türkmənistanın beynəlxalq münasibətlər sistemində neytrallıq siyasətinə sadiqliyi də ortaq strateji mövqelərdən biri kimi çıxış edir. Hər iki dövlətin bu prinsipə ardıcıl şəkildə hörmətlə yanaşması ikitərəfli münasibətlərin sabitliyini və qarşılıqlı etimad mühitini daha da gücləndirən əsas amillərdən sayılır.

İqtisadi və tranzit göstəriciləri

Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm nəqliyyat-logistika qovşaqları olmaqla, Avrasiya məkanında tranzit xətlərinin şaxələndirilməsində strateji tərəfdaşlar kimi çıxış edirlər. Son illər iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafı həm ikitərəfli ticarət əlaqələrində, həm də regional nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasında özünü aydın şəkildə göstərir. Xüsusilə nəqliyyat və tranzit sahəsindəki qarşılıqlı fəaliyyətin mövcud mənzərəsini əks etdirən rəsmi göstəricilər bu tərəfdaşlığın perspektivlərindən xəbər verir.

Belə ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə üzərindən keçən tranzit yüklərin həcmi 15 faiz artaraq 2,344 tona çatıb. Regional daşımaların intensivləşməsinin bariz nümunəsi olaraq, 2026-cı ilin mayın 12-də Türkmənistanın ilkin quru yük gəmisi olan “Gadamly” təntənəli şəkildə Bakı Limanına daxil olub. Gəminin Bakı-Türkmənbaşı marşrutu üzrə müntəzəm konteyner daşımalarına qoşulması regionun logistika potensialını ciddi şəkildə stimullaşdıracaq.

Nəqliyyat sektorunda bu aktivlik fonunda ticari əlaqələr də öz dinamikasını qoruyur. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin ümumi dəyəri 208,39 milyon dollar təşkil edib. 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən ilkin dövrdə isə bu rəqəm 29,54 milyon dollar olaraq qeydə alınıb.

Ümumilikdə Bakı və Aşqabad qlobal Şərq-Qərb nəqliyyat dəhlizinin təhlükəsizliyini və funksionallığını təmin edən iki əsas həlqədir.

“Dostluq” yatağı və qlobal ixrac

Karbohidrogen ehtiyatlarının səmərəli idarə edilməsi, birgə işlənməsi və dünya bazarlarına çıxarılması Bakı–Aşqabad münasibətlərinin strateji istiqamətlərindən birini təşkil edir. 2021-ci ildə Xəzər dənizdəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında anlaşma memorandumunun imzalanması regionun sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Azərbaycan Türkmənistanın zəngin enerji resurslarının Qərbə ötürülməsində mühüm tranzit tərəfdaşıdır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi nəhəng infrastruktur layihələri Türkmənistan resurslarının dünya bazarına inteqrasiyasında mühüm rol oynayır. Bu əməkdaşlıq təkcə enerji təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda, Xəzər regionunda iqtisadi əlaqələrin və regional tərəfdaşlığın inkişafına xidmət edir.

İki ölkə arasında dostluğun daha bir nümunəsi isə Bakı Gəmiqayırma Zavodunda Türkmənistan üçün nəzərdə tutulan 8 min tonluq neftdaşıyan tankerin tikintisidir. 2023-cü ildən tikintisinə başlanılan tankerin inşası üzrə işlər tamamlanıb. Elə “Dostluq” adı daşıyan tankerin yaxın vaxtlarda istismara verilməsi planlaşdırılır.

Qarabağın bərpasına Türkmənistanın töhfəsi və mədəni əlaqələr

Azərbaycan-Türkmənistan əməkdaşlığı yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövləti tərəfindən müasir məscid kompleksinin tikilməsi qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Xatırladaq ki, 2025-ci il oktyabrın 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməlini qoyublar. Məscidin inşası hazırda sürətlə davam etdirilir.

Mədəni inteqrasiyanı gücləndirən mühüm addımlardan biri də şəhərlərarası əlaqələrin inkişafıdır. Bakı ilə Aşqabad, eləcə də regional inkişafın rəmzləri olan Arxadağ və Füzuli şəhərləri arasında qardaşlaşma münasibətlərinin qurulması iki xalq arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Bu proses qarşılıqlı mədəni tədbirlərlə də müşayiət olunur. 2025-ci ilin oktyabrında Azərbaycanda keçirilən Türkmənistan Mədəniyyət Günləri, eləcə də 2026-cı ilin iyununda Aşqabad və Arxadağ şəhərlərində təşkil olunan Azərbaycan Mədəniyyət Günləri ölkələrimizin zəngin mədəni irsinin tanıdılmasına, xalqlar arasında mənəvi bağların daha da güclənməsinə mühüm töhfə verib.

Bundan əlavə, ötən ilin dekabrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Avazada keçirilən beynəlxalq forumda iştirak edib. Eyni zamanda, səfər çərçivəsində Q.Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondunun vitse-prezidenti Oğulcahan Atabayeva ilə görüş keçirilib, fondlar arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Çoxtərəfli diplomatiyadan regional sabitliyə

Azərbaycan və Türkmənistanın Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi mötəbər qlobal və regional təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək iki ölkənin xarici siyasət kurslarının tam sinxronluğundan xəbər verir. Bu çoxtərəfli diplomatiya parlamentlərarası sıx təmaslarla da möhkəmləndirilir. Xüsusilə, son olaraq 2026-cı il mayın 15-də Özbəkistanın Buxara şəhərində keçirilən spikerlərin görüşü qanunverici orqanlar səviyyəsindəki dialoqun və siyasi etimadın yüksək göstəricisidir.

Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu strateji ox təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır. Şərq-Qərb dəhlizinin funksionallığında əsas həlqə olan bu tərəfdaşlıq regional sabitliyin və logistik təhlükəsizliyin qarantına çevrilir.

Münasibətlərin bu yüksələn dinamikası fonunda gözlənilən dövlət səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, bu strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək.

Müəllif – Leyla Muradzadə

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabul Sənaye Parkında 463,7 milyon manatlıq məhsul satışı həyata keçirilib

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün 462 milyon dollarlıq razılaşmalar əldə edib

Ekspert: “Huawei”nin filmi Xınalığın timsalında rəqəmsal inkişafın nəticələrini ortaya qoyur

İran Hörmüz boğazında insidentlərin qarşısını almaq üçün rabitə kanalı yaradılmasına razılıq verib

ABŞ Prezidenti: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq qlobal iqtisadi böhran riskindən daha vacibdir

Moldovada azərbaycanlı avarçəkən qardaşlar 6 medal qazanıblar

Tramp: İranın sanksiyaların ləğvindən əldə edəcəyi vəsait ABŞ-dən ərzaq alınmasına yönəldiləcək

Türkiyə-Azərbaycan münasibətlərinin müxtəlif sahələri Bursada geniş təhlil edilib

Tramp: Ötən gün Hörmüz boğazından indiyə qədər keçdiyindən daha çox neft daşınıb

Almaniya NATO-nun şərq cinahında hərbi hazırlığını gücləndirir

Vens: Son 36 saat ərzində aparılan müzakirələr məhsuldar keçib

Dünya çempionatı: Messi Argentinaya qələbə qazandırıb

Azərbaycan diasporunun fəal simalarından biri – Fərqanə Bayramlı

Ukrayna dronları ilin əvvəlindən 167 min rus hərbçisini öldürüb və ya ağır yaralayıb

Paytaxt sakinləri üçün ictimai dinləmə sosial xidmətlərə həsr olunacaq

Bakıda ərəb dili üzrə beynəlxalq təlim proqramının bağlanış mərasimi olub

Messi dünya çempionatları tarixinin bombardiri olub

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

Maya Sandu Aİ-Moldova sammitini dəyərləndirib

Zaqatalada küləyin yaratdığı fəsadlar aradan qaldırılır

Azərbaycan və Türkmənistan idmanda təcrübə mübadiləsini genişləndirir

Almaniyada Türk dünyasının ortaq mədəni irsinin təbliği məsələsi müzakirə olunub

Azərbaycan və Mərakeş arasında mövcud əlaqələrin səviyyəsindən razılıq ifadə olunub

Türkiyə və İran prezidentləri bölgədəki son vəziyyət barədə danışıblar

Berlin və Paris KNDS müdafiə sənayesi konsernində Almaniyanın payı ilə bağlı razılığa gəlib

Rubio bu həftə Yaxın Şərqə səfər edəcək

Milli Məclisdə BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüş olub

Milli Məclis ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında əlaqələr genişlənir

Bu saata olan əsas xəbərlər

Xəzərin iki sahilində güclənən strateji qardaşlıq ŞƏRH

Rəssam Röya Həsən: Natəvan adı mənəvi gözəlliyin simvoluna çevrilib

Rəcəb Tayyib Ərdoğan: Ankara qlobal diplomatiyanın mərkəzinə çevrilir

Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib VİDEO

Gürcüstanda əcnəbilərlə bağlı qanunun tələbləri sərtləşdirilir

Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb

QHT-lərin “bir pəncərə” prinsipi əsasında maliyyələşdirilməsinə dair qayda təsdiqlənib

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında ilk beşlikdə yer alıb

Qətərdə baş verən partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

İtaliyada təhsil alan azərbaycanlı: Əsas məqsədim qazandığım təcrübəni gənclərlə bölüşməkdir

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Politoloq: İslam İnkişaf Bankının Azərbaycana etimadı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir

Ankara Universitetinin müəllimi: Azərbaycan musiqisi dünya mədəniyyətinə fundamental töhfədir

Bakının bir sıra rayonlarında suyun verilişində müvəqqəti qrafik rejimi tətbiq olunur

İsrailli politoloq: AİHM-in Azərbaycanla bağlı qərarı siyasi müstəvidə qiymətləndirilməlidir

“20 il, 2 ürək, 1 həyat”

Gənclər və idman naziri qadın millimizin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Türkmənistanın əmək və əhalinin sosial müdafiəsi naziri DOST Mərkəzi ilə tanış olub

BDU-nun doktorantı Tərtərdə mineral gübrələrin ekoloji təsirini araşdırır

Bakı İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi edir YENİLƏNİB

Akademik: Rəqəmsal inkişaf və kibertəhlükəsizlik prioritet istiqamət kimi diqqətdə saxlanılır

Çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionu olmaq üçün yaxşı şansımız var

Rizvan Qarabağlı: Ermənistan işğal altındakı alban irsini sistemli şəkildə saxtalaşdırıb

Balaton turizm rekorduna hazırlaşır

Özbəkistanın iqtisadi inkişafında Azərbaycanın da rolu var

İlham Osmanov: Oktyabrda növbəti tanqo marafonumuzu təşkil etməyi planlaşdırırıq

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

“Dostlug” tankeri beynəlxalq sularda: Azərbaycan gəmiqayırma sənayesinin yeni uğuru VİDEO

Brüsseldə Avropa ilə Asiya arasında marşrutun inkişafı müzakirə olunur

İsveçdə ilan sancmasından zərər çəkmiş ev heyvanlarının sayı kəskin artıb

İran Qərb şirkətlərinin neft sənayesinə sərmayə yatırmasına razıdır

Dilçilik İnstitutunda I Türkoloji Qurultaya həsr olunan kitablar mühüm elmi nəticələr kimi qiymətləndirilib

Bu ilin 5 ayında 111 milyon 793 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Baş nazir Əli Əsədov İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb VİDEO

Qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

Seçmə mərhələ: Çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri bəlli olub

Vəkillər Kollegiyasının nümayəndə heyəti İtaliyada beynəlxalq konfransda iştirak edib

® “Kapital Bank” sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Yılmaz Vural: Türkiyə futbolda öz potensialından tam istifadə edə bilmir

Vens: İranın dondurulmuş aktivlərinin qaytarılması ABŞ-yə fayda verəcək

Azərbaycanın nəqliyyat sahəsində idarəetmə və satınalma üzrə təcrübəsi nümunə kimi təqdim olunub

Xəzərdə batan 4 nəfərdən 3-nün meyiti sudan çıxarılıb, 1-nin axtarışı davam etdirilir – YENİLƏNİB 2

® “Ucard”: 30 min manatadək geniş imkan və 72 günədək rahatlıq!

ABŞ şirkətlərinin ölkəmizdə investisiya layihələrinə cəlb edilməsi imkanları nəzərdən keçirilib

Qətərin Baş naziri: Netanyahu yenidən Yaxın Şərqdə gərginliyi artırır

Sahibkarlar əyar damğası olmadan qiymətli metal məmulatlarının satışa çıxarılması barədə məlumatlandırılıblar

Azərbaycanda duz istehsalı 30 faiz artıb

Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur

Milli Kitabxanada təqdimat: “Bəhram Mansurov. Biblioqrafiya”

Hindistanda təhsil mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb

Bakıda müsəlman qadın parlamentarilərinin rolu müzakirə olunub

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

BDYPİ: “Piyada təhlükəsizliyi həftəliyi” çərçivəsində zəruri tədbirlər görülüb VİDEO

UFC turnirində debüt edəcək "Tank" ləqəbli döyüşçümüz: Məqsədim yalnız qələbədir

Bölgələrdə yağıntılı hava şəraiti davam edəcək

Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir

Prezident: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik

Vens: İran-ABŞ danışıqları bir neçə gün və ya həftə ərzində bərpa olunacaq

Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır

İran Prezidenti sabah Pakistana gedir

Bu ilin beş ayında 190 min tondan çox tərəvəz və meyvə idxal olunub

Voronejdə PUA hücumundan sonra fövqəladə vəziyyət elan edilib

İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzanidən

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamdan

Bu ilin 5 ayında narkotik vasitələrlə bağlı 3766 cinayət faktı aşkarlanıb

Yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar məbləğ üzrə 14 faiz artıb

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə elektron tematik xəritələr hazırlanır

Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Baş katibin müavini: Azərbaycanın qadın siyasəti digər ölkələr üçün nümunəvi model hesab oluna bilər

Beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunu təsdiqləyir RƏY

Nigar Məmmədova: Qadın parlamentarilər cəmiyyətlərimizin inkişafında və sülhün təşviqində mühüm rol oynayırlar