AZƏRBAYCAN VƏ ABŞ HÖKUMƏTLƏRİ ARASINDA SƏNƏD İMZALANMIŞDIR
Yanvarın 3-də Xarici İşlər Nazirliyində Azərbaycan və ABŞ hökumətləri arasında narkotiklərə nəzarət və hüquq mühafizə orqanlarına yardım haqqında saziş imzalanmışdır.
Sənədi Azərbaycan hökuməti adından xarici işlər naziri Vilayət Quliyev və Amerika Birləşmiş Ştatları hökuməti adından ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Nənsi Makldauni imzalamışlar.
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, sazişdən əsas məqsəd hüquq mühafizə və narkotiklərə nəzarət sahəsində Azərbaycanın əlaqədar dövlət orqanlarının fəaliyyətinin gücləndirilməsi və müvafiq sahədə ABŞ tərəfinin yardım göstərməsinin təmin edilməsidir. ABŞ dövlət orqanlarının təqdim edəcəyi texniki yardım və təlimlər də daxil olmaqla, müvafiq layihələrin həyata keçirilməsi üçün ABŞ hökuməti tərəfindən Azərbaycan hökumətinə 500 min dollar həcmində yardım göstərilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]