AZƏRBAYCAN VƏ AVSTRİYA XARİCİ İŞLƏR NAZİRLİKLƏRİ ARASINDA MƏSLƏHƏTLƏŞMƏLƏR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 6-da Vyanada Azərbaycanın və Avstriyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr aparılmışdır.
Məsləhətləşmələrdə Azərbaycan tərəfi xarici işlər nazirinin müavini Xələf Xələfov, Avstriya tərəfi isə federal Avropa və Beynəlxalq İşlər Nazirliyinin baş katibi, doktor Yohannes Kirli təmsil etmişdir.
Görüşdə Azərbaycanın qoşulduğu və təşəbbüsçüsü olduğu regional layihələr, enerji məsələləri, “Nabukko” qaz kəməri layihəsinin perspektivləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın əhəmiyyəti, Azərbaycanın Avropaya inteqrasiyası, Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, Y.Kirlinin yaxın gələcəkdə Azərbaycana səfəri məsələsi müzakirə olunmuşdur.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov və Avstriyanın Azərbaycandakı səfiri Marius Kalliqaris məsləhətləşmələrdə iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:08]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [09:10]
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
- 07.06.2026 [20:12]