AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Bakı, 19 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 18-də Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olmuşdur.
Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
