Azərbaycan və İsrail arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Bakı, 16 iyun, AZƏRTAC
İsrail Dövlətinin Holon şəhərinin vitse-meri Mixail Sutovski Azərbaycana səfəri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında biznes sahəsində əlaqələrin genişləndirilməsi, agentliyin xarici iş adamlarına dəstəyi barədə məlumat verilib, hər iki ölkənin KOB-ları üçün birgə əməkdaşlıq platformasının yaradılması imkanları nəzərdən keçirilib.