İDMAN
Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal görüşü başa çatıb [YENİLƏNİB]
![Azərbaycan və Türkiyə qadın voleybolçularının yarımfinal görüşü başa çatıb [YENİLƏNİB]](/files/2015/2/1200x630/14352490196343611476_1200x630.jpg)
İdman mütəxəssislərinin erkən final adlandırdıqları görüşün taleyi beşinci setdə həll olunub. Təəssüf ki, tay-brek komandamız üçün uğursuz sonluqla nəticələnib: 11:15. Beləliklə, 3:2 hesabı ilə qalib gələn Türkiyə voleybolçuları finala vəsiqə qazanıblar.
22:21
Olduqca gərgin və maraqlı keçən dördüncü setin əvvəlində Azərbaycan voleybolçuları hesabda geridə olsalar da, yüksək əzmkarlıq nümayiş etdirərək 25:23 hesabı ilə qalib gəliblər. Bu qələbə sayəsində oyunda ümumi hesab yenidən bərabərləşib: 2:2.
21:47
Üçüncü setdə Azərbaycan voleybolçuları türkiyəli rəqiblərinə müqavimət göstərə bilməyiblər - 19:25. Türkiyə komandası ümumi hesabda 2:1 hesabı ilə irəli çıxıb.
21:17
İkinci setdə daha inamlı təsir bağışlayan Azərbaycan voleybolçuları 25:23 qalib gələrək ümumi hesabı bərabərləşdiriblər - 1:1.
20:54
Artıq görüşdə ikinci set oynanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri “Baku Crystal Hall”da yarımfinal görüşünü izləyirlər.
20:44
İlk set türkiyəli voleybolçuların 21:25 hesablı üstünlüyü ilə başa çatıb.
20:21
“Baku Crystal Hall”da Azərbaycanın və Türkiyənin qadın voleybolçularının finala vəsiqə qazanmaq uğrunda mübarizəsi başlayıb.
19:35
Beşinci setdə 15:12 hesabı ilə qalib gələn Polşa yığması qadınlar arasında voleybol yarışının ilk finalçısı olub.
19:19
Qarşılaşmanın dördüncü setində də voleybolçular gərgin mübarizə aparıblar. Daha yaxşı oyun sərgiləyən serbiyalı voleybolçular 22:25 hesabı ilə seti öz xeyirlərinə başa vura biliblər.
18:44
Üçüncü setdə üstün oyun nümayiş etdirən Polşa yığması 25:19 hesabı ilə qələbə qazanıb.
18:08
İkinci setdə əzmkarlıq nümayiş etdirən serbiyalı voleybolçular qalib gəliblər - 20:25.
17:32
Gərgin idman mübarizəsi şəraitində keçən ilk set polşalı qadın voleybolçuların 25:23 hesablı qələbəsi ilə başa çatıb.
17:15
Bakı, 25 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 25-də “Baku Crystal Hall”da qadın voleybolçular arasında yarışların yarımfinal mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda Polşa və Serbiya komandalarının görüşü keçirilir.
Saat 19:30-da keçiriləcək digər qarşılaşmada isə Azərbaycanın və Türkiyənin qadın voleybolçuları finala vəsiqə uğrunda üz-üzə gələcəklər.