AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ SAN MARİNODA DA QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizin İtaliyadakı səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə əlaqədar iyunun 7-də ilk dəfə olaraq San Marino Respublikasında rəsmi qəbul təşkil etmişdir.
Tədbirdə San Marinonun xarici işlər nazirinin müavini, rəsmi və işgüzar dairələrin, yerli mətbuat orqanlarının nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Mərasimdə Azərbaycanla bağlı nümayiş etdirilmiş fotostend və videofilmlər, Azərbaycan musiqisi qonaqların xüsusi marağına səbəb olmuşdur.
Tədbirdə iştirak edənlərə Azərbaycan mətbəxinin nümunələri və ölkəmiz haqqında kitablar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]