Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan: Yenidən güclü regional mərkəz

Bakı, 1 iyul (AZƏRTAC). Avropanın “Neurope.eu” informasiya portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə müsahibə dərc olunmuşdur. AZƏRTAC müsahibəni təqdim edir.

NE: Siz ötən ilin oktyabrında keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəldiniz. Bunun başlıca səbəbini necə izah edərdiniz?

İlham ƏLİYEV: 2013-cü ildə keçirilən prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmuşdur. Bu seçkilər vətəndaşların son 10 ildə ölkəmizdə həyata keçirilən siyasi kursa münasibətini göstərdi. Son 10 ildə biz Heydər Əliyevin əsasını qoyduğu yolla irəliləmişik və ölkəmiz, cəmiyyətimiz qarşısında qoyduğumuz məqsədlərin reallaşmasına nail olmuşuq.

- Yəni 10 il öncə qarşıya qoyduğunuz vəzifələr artıq reallığa çevrilib?

- Tamamilə doğrudur. İqtisadi inkişaf templəri baxımından Azərbaycan dünya liderinə çevrilmişdir. Bu isə ölkəmizi daha da gücləndirmişdir. Düşünülmüş proqramlara əsaslanan məqsədyönlü fəaliyyət nəticəsində son 10 ildə ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektoru 2,6 dəfə, büdcə gəlirləri 16 dəfə artmış, həmçinin strateji valyuta ehtiyatlarının həcmi 50 milyard ABŞ dollarını keçmişdir. Milli iqtisadiyyata 170 milyard ABŞ dollarından artıq sərmayə yatırılmışdır.

- Bütün bunlar əhalinin yaşayış səviyyəsinə təsir edibmi?

- Əlbəttə, bu cür sürətli inkişaf vətəndaşlarımızın rifahının yüksəlməsinə səbəb olmuşdur. Son 10 ildə əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı isə 5,5 dəfə artmışdır.

- Bu, həqiqətən yaxşı göstəricidir.

- Həmçinin yoxsulluğun 49 faizdən 5,3 faizə, işsizliyin isə 5 faizə düşməsi də mühüm nailiyyətlər sırasına daxildir. Son 10 ildə ölkəmizin şəhərləri, qəsəbələri və kəndlərində tikinti-quruculuq işləri görülmüş, bütün şəhərlərdə müasir standartların və qabaqcıl texnologiyaların tətbiqinə başlanmışdır.

- Bu nailiyyətlər yalnız Azərbaycanda hiss olunur, yoxsa beynəlxalq aləmdə də tanınır?

- Azərbaycanın uğurları beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən Azərbaycan dünya ölkələri arasında 39-cu sıradadır.

- Bəs ölkənizin regionda və dünyada statusu barədə nə deyə bilərsiniz?

- Bu illər ərzində ölkəmizin dünyadakı mövqeyi güclənmişdir. Azərbaycan beynəlxalq münasibətlər sistemində yaxşı imic və hörmət qazanmışdır. Bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artıq regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyinin sübutudur. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halı almışdır. 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, İkinci Mədəniyyətlərarası Dialoq Forumunun, Davos Dünya İqtisadi Forumunun və digər yüksək səviyyəli qlobal tədbirlərin keçirilməsi bunu bir daha təsdiq edir.

- Deməli, dünyada gedən arzuolunmaz proseslər Azərbaycana toxunmamışdır...

- Xeyr. Bütün dünyada gərginliyin, işsizliyin və yoxsulluğun artdığı bir dövrdə Azərbaycanda tamamilə fərqli proseslər - sürətli inkişaf, tərəqqi, əhalinin rifahının, ictimai və siyasi sabitliyin, milli birliyin və s. yüksəlməsi müşahidə edilmişdir. Düşünürəm ki, bütün bunlar 2013-cü ildə keçirilən seçkilərdə qazanılan qələbənin də əsas səbəbləri olmuşdur.

- Bu seçkilər beynəlxalq birlik tərəfindən necə qəbul edildi?

- AŞPA, ATƏT Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər nüfuzlu təşkilatlar birmənalı olaraq seçkilər barədə yüksək fikirlər bildirmiş və seçkilərin azad, ədalətli və şəffaf keçirildiyini vurğulamışlar. Bütün bunlar seçkilərlə bağlı xalqımızın və beynəlxalq ictimaiyyətin fikirlərinin üst-üstə düşdüyünü göstərir. Azərbaycan xalqı verdiyi səslə bu günədək həyatda müşahidə etdiyi siyasətə öz dəstəyini nümayiş etdirmiş və bu siyasətin davamlı olması üçün bizə mandat vermişdir.

- Gələcək barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Bizim gələcəklə bağlı planlarımız böyükdür. Gündəliyimizdə bir sıra vacib məsələlər vardır. Azərbaycanın potensialının inkişaf etdirilməsi, iqtisadiyyatımızın rəqabətliliyinin artırılması, müasir cəmiyyət quruculuğu, əhalinin rifahının yaxşılaşdırılması, xarici siyasətin prioritetlərinə uyğun olaraq beynəlxalq mövqeyimizin möhkəmləndirilməsi, korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin daha da gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ardıcıl şəkildə davam etdiriləcəkdir.

- 2013-cü ildə Azərbaycanda həm də İKT-nin inkişafı sahəsində böyük addımlar atılmışdır.

- Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasətin üstünlüyü ondadır ki, bütün işlər ölkənin real imkanları, ən yaxşı beynəlxalq təcrübələr və xüsusi proqramlar üzərində qurulur. Təcrübə göstərir ki, müasir texnologiyaların tətbiqi rəqabətədavamlı iqtisadiyyat üçün ilkin şərtdir. Bu səbəbdən də innovasiyadan təkcə iqtisadiyyatda deyil, eyni zamanda, digər sahələrdə də geniş istifadə edilir. İnformasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və böyük gələcəyə malikdir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafına böyük təkan vermişdir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılmışdır. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artmışdır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması və ölkədə kosmik sənayenin əsasının qoyulması tarixi hadisədir. Növbəti illərdə daha iki peykin orbitə buraxılması ilə bağlı işlər aparılır.

- Bütün bunların fonunda internetin inkişafını necə qiymətləndirmək olar?

- Son illər ərzində internet də sürətlə inkişaf etmişdir. Beynəlxalq Telekommunikasiya Təşkilatının hesabatına əsasən, Azərbaycan əhalisinin 70 faizi internetdən istifadə edir. Biz Azərbaycanın bütün şəhərlərinə genişzolaqlı internet xətlərinin çəkilməsinə başlamışıq.

- Azərbaycanın müəllifi olduğu innovasiyalar haqqında nə deyə bilərsiniz?

- Biz dünyada mövcud olan texnoloji yenilikləri tətbiq etməklə yanaşı, özümüz də bəzi innovasiyaların yaradılması ilə bağlı təşəbbüslər göstəririk. Nümunə kimi Azərbaycan brendi olan Vətəndaşlara Xidmətlər və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və onun “ASAN xidmət” mərkəzlərini qeyd edə bilərik. “ASAN xidmət” vətəndaşların məmnunluğu prinsipinə əsaslanan və bir çox xidmətin bir mərkəzdə cəmləşdirildiyi təsisatdır. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət sferasına dövlət orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət qurumlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin səmərəli təşkili və bu sahədə idarəçilik sisteminin müasirləşdirilməsi daxildir. Bu mərkəzlər mütərəqqi hökumət-vətəndaş münasibətlərinin nümunəsidir. Mərkəzlər hazırda 25 sayda ictimai xidmət təklif edir. Təsadüfi deyil ki, bir il ərzində bir milyondan çox vətəndaş bu mərkəzlərə müraciət etmişdir. Buna görə də “ASAN xidmət” mərkəzlərinin təklif etdiyi xidmətlərin miqyasını genişləndirmək niyyətindəyik.

- Gələcəyə nəzər salsaq, innovativ texnologiyalar Azərbaycanın inkişafında necə rol oynayacaqdır?

- Qabaqcıl texnologiyaların Azərbaycanın gələcək inkişafında oynayacağı rol barədə qeyd edə bilərəm ki, iqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq və s. üçün xüsusi addımlar atılır. Bu məqsədlərə nail olmaq üçün Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. İnnovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas məqsədlərimizdən biridir və biz dayanmadan bu istiqamətdə irəliləyirik.

- Siz 2014-cü ili “Sənaye ili” elan etmisiniz. Bundan məqsəd nədir və hansı işlərin görülməsi nəzərdə tutulmuşdur?

- Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet respublikaları arasında əlaqələrin itirilməsinə səbəb oldu. Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin dövrdə ölkədə baş alıb gedən anarxiya, istehsal müəssisələrinin köhnəlməsi, texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə və istehsal prosesinin dayanmasına gətirib çıxardı. Yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci illərin əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün oldu.

Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilmişdir. Nəticədə, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.

Hazırda əsas məqsədlərimizdən biri Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün mümkün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir.

- Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram 2014-2018-ci illəri əhatə edir. İlk iki proqramın həyata keçirilməsini necə qiymətləndirirsiniz və üçüncü proqramdan nə gözlənilir?

- 2004-cü ildə ilk regional inkişaf proqramını qəbul edərkən məqsədimiz bölgələrin hərtərəfli inkişafını təmin etmək və paytaxtla ölkənin qalan hissəsi arasındakı uyğunsuzluğu aradan qaldırmaq olmuşdur. Hətta 2003-cü ildə keçirilən seçkilərdən öncə demişdim ki, əgər xalq mənə etimad göstərsə, ilk növbədə regionların inkişafı məsələsi ilə məşğul olacağıq və bu məqsədlə xüsusi dövlət proqramı qəbul ediləcək. Bu, baş verdi. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizin sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir.

- Qarşınıza qoyduğunuz strateji məqsəd nədir?

- Gündəliyimizdəki strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək və ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələri səviyyəsinə yüksəltməkdir. Buna görə də müasir dünyanın çağırışları da nəzərə alınmaqla, regionlardakı sürətli inkişaf davam etdiriləcəkdir. İnanıram ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın və digər böyük layihələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına şərait yaradacaq, ictimai xidmətlər və sosial infrastruktur daha da təkmilləşəcək və Azərbaycan dünyanın aparıcı ölkələri sırasına çıxacaqdır.

- Yeni enerji layihələrinin region və dünya üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Hazırda Azərbaycan bir sıra yeni transmilli və regional layihələr irəli sürmüşdür. Ölkəmizin həyata keçirdiyi enerji siyasəti təkcə bizim üçün deyil, həm də region və dünya üçün böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, 2013-cü il dekabrın 17-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin qaz ehtiyatlarının hasilatı və dünya bazarlarına çıxarılması üzrə “Şahdəniz-2” beynəlxalq yekun investisiya qərarı imzalanmışdır. Hesab edirəm ki, TAP və TANAP layihələri ilə yanaşı, “Şahdəniz-2” dünyanın enerji xəritəsində yeni vəziyyətin yaranmasına səbəb olacaq və tarixə “XXl əsrin kontraktı” kimi düşəcəkdir.

- Ölkənin həm iqtisadi, həm də sosial inkişafı, eyni zamanda, həm də güclü beynəlxalq status deməkdir. Xarici siyasətinizin uğurları barədə nə deyə bilərsiniz?

- Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən fəal xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin etmişdir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan və böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi tarixi nailiyyət və xarici siyasətimizin böyük uğuru, həmçinin dünyadakı nüfuzumuzun göstəricisi olmuşdur. Aydın görünür ki, beynəlxalq aləm dövlətimizin mövqeyini dəstəkləyir, addımlarımızı təqdir edir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda ləyaqətlə çıxış edir və öz maraqlarını hər şeydən üstün tutur. BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlüyümüz, həmçinin təşkilata sədrlik dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada sülhün bərpasına və ölkələr və sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini vermişdir.

- Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə münasibətlər hansı vəziyyətdədir?

- Bizim dünyanın aparıcı beynəlxalq təşkilatları və ayrı-ayrı ölkələrlə münasibətlərimiz də inkişaf etmişdir. Azərbaycan ATƏT, Avropa Şurası, İƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirmişdir. Ötən il biz viza qaydalarının sadələşdirilməsi ilə bağlı Aİ ilə mühüm bir müqavilə imzaladıq. Bu, Aİ ilə əlaqələrin göstəricisidir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün Aİ ilə strateji tərəfdaşlıq formatının yaradılmasına nail olacağıq.

- Yeni tərəfdaşlıq münasibətləri kontekstində Azərbaycanın nailiyyətləri barədə nə deyə bilərsiniz?

- Region ölkələri və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafına əlavə olaraq biz qeyri-ənənəvi tərəfdaşlarla da əlaqələr qururuq. Avropa və Asiyanın ənənəvi ölkələri ilə əməkdaşlıq münasibətlərini genişləndirməklə yanaşı, biz həm də Qoşulmama Hərəkatının üzvləri olan Latın Amerikası və Afrika ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri inkişaf etdiririk. Bu, bizim xarici siyasətimizin prioritetlərindən biridir.

Artıq bəzi Latın Amerikası ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər. Ümumilikdə, dünyanın 10 ölkəsi Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qırğını soyqırımı aktı kimi tanımışdır. Bu ölkələrin parlamentləri müvafiq qərarlar qəbul etmişlər. Növbəti illərdə biz ölkəmizin siyasi və iqtisadi potensialını daha da gücləndirməyə, beynəlxalq nüfuzumuzu artırmağa, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik. Bizim xarici siyasətimiz milli maraqların qorunması üzərində qurulmuşdur və bu istiqamətdə lazımi addımlar atılacaqdır.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyişdən danışmaq olarmı?

- Təəssüflə qeyd edim ki, xarici siyasətimizin mərkəzində dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş əldə edilməmişdir. Ermənistan tərəfi danışıqlar prosesini gecikdirmək üçün müxtəlif bəhanələrdən istifadə edir və status-kvonu saxlamağa çalışır. Ötən ilin sonlarında danışıqlarda müşahidə edilən canlanma bizə 2014-cü ildə irəliləyiş olacağı ilə bağlı müəyyən ümidlər verdi. Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç zaman imkan verməyəcəkdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Münaqişə həll olunmadıqca, Ermənistan dövləti bütün transmilli və regional layihələrdən kənarda qalacaq, erməni xalqının acınacaqlı vəziyyəti daha da pisləşəcək və ölkənin bütün imkanları tamamilə tükənəcəkdir.

- Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Hazırlıq prosesi necə gedir?

- 2014-cü il Birinci Avropa Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli ildir. Bildiyiniz kimi, bu cür genişmiqyaslı yarışlara hazırlıq prosesi 7-8 il vaxt tələb edir. Avropa Oyunlarını keçirmək üçün bizim yalnız iki il yarım vaxtımız var idi. Əminəm ki, yarışlarla əlaqədar bütün məqsədlərə nail olacağıq. Təşkilat Komitəsi yaradılmışdır və olduqca məhsuldar fəaliyyət göstərir. Oyunların keçiriləcəyi məkanların tikintisi bu ilin sonunadək tamamlanacaqdır. Amma hazırlıq prosesi müxtəlif binaların tikintisi ilə məhdudlaşmır. Təhlükəsizlik, nəqliyyat, Olimpiya Kəndinin yaradılması, qonaqların və idmançıların yerləşdirilməsi, məşqlərin keçirilməsi və s. məsələlər böyük diqqət və səy tələb edir. Azərbaycanın mövcud potensialını, müasir idman infrastrukturunun mövcudluğunu və beynəlxalq tədbirlərin keçirilməsi sahəsində təcrübəsini nəzərə alsaq, əminəm ki, Birinci Avropa Oyunlarını gözləniləndən də yüksək səviyyədə təşkil edəcəyik. Faktiki olaraq, Birinci Avropa Oyunları ilə bağlı Azərbaycanda yaradılmış standartlar gələcək Avropa Oyunları üçün əsas təşkil edəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub