AZƏRBAYCAN YIĞMASI AVROPA ÇEMPİONATININ FİNAL MƏRHƏLƏSİNƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, qadınlardan ibarət Azərbaycan yığma voleybol komandası Avropa çempionatının final mərhələsinə yüksəlmişdir.
Voleybolçularımız bu uğuru Yunanıstanda reallaşdırmışlar. Turnirin pley-off mərhələsində yerli komandanı sınağa çəkən qızlarımız rəqib komandanı 3:1 hesabı ilə məğlub etmişlər. Bununla da komandamız 2009-cu ilin sentyabrında Polşada keçiriləcək qitə birinciliyinin final mərhələsində mübarizə aparmaq hüququ əldə etmişdir.
Komandalar arasında ilk görüş Quba Olimpiya-İdman Kompleksində keçirilmişdir. Voleybolçularımız bu görüşdə Yunanıstan təmsilçiləri üzərində 3:0 hesablı qələbə qazanmışlar.
Xatırladaq ki, qadın yığmamız indiyədək iki dəfə bu cür yarışın final mərhələsinə qatılmışdı. Voleybol yığmamız 2005-ci ildə Xorvatiyada 4-cü, ötən il isə Belçika və Lüksemburqda təşkil olunan birincilikdə 12-ci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]