Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərir
Bakı, 22 sentyabr, AZƏRTAC
Dövlət Statistika Komitəsinin bu il yayımladığı statistik məlumatlara əsasən, 2024-cü ilin əvvəlinə Mədəniyyət Nazirliyi sistemi üzrə Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
Həmin kitabxanaların kitab fondu 1,5 milyon nüsxə təşkil edib. Uşaq kitabxanalarının oxucularının sayı isə 279 min nəfər olub. Müqayisə üçün qeyd edək ki, 2001-ci ilin əvvəlinə Mədəniyyət Nazirliyi sistemi üzrə 111 uşaq kitabxanası fəaliyyət göstərib. Həmin vaxt kitabxanaların kitab fondu 2,7 milyon nüsxə, oxucuların sayı isə 318 min nəfər olub.2023-cü ilin əvvəlinə də uşaq kitabxanalarının sayı 87 olub. Həmin il kitab fondu 1,5 milyon nüsxə, oxucuların sayı isə 275 min nəfər təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [11:41]
Azərbaycanda hər 100 nəfərdən 91-i internet istifadəçisidir
- 22.09.2026 [11:32]
Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək
- 22.09.2026 [11:26]
Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib
- 22.09.2026 [10:53]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi
- 22.09.2026 [10:29]