AZƏRBAYCANDA BRİTANİYA ŞURASININ YUBİLEY ŞƏNLİKLƏRİ KEÇİRİLƏCƏKDİR
Bakıda Britaniyanın “Rendom dens” rəqs qrupunun solistləri Odett Hyuzun və Jasmin Fitterin mətbuat konfransı olmuşdur.
Britaniya Şurasının direktoru Marqaret Cek və “Britiş konsul” təşkilatı Bakı ofisinin əməkdaşlarının da iştirak etdiyi mətbuat konfransında jurnalistlərə bildirilmişdir ki, 2003-cü il Britaniya Şurasının Azərbaycanda fəaliyyətinin 10-cu, yubiley ilidir. Bununla əlaqədar Şuranın təşəbbüsü ilə fotosərgilər, fotoqraflar üçün ustad dərsləri təşkil ediləcək, kütləvi musiqi konsertləri veriləcək, habelə teatr tamaşaları göstəricələkdir.
Xatırladaq ki, “Rendom dens” qrupunun solistləri Bakı Xoreoqrafiya Məktəbində yubiley proqramının bir hissəsi olan ustad dərsləri keçmişlər. Yanvarın 11-də isə Xəzər Universitetinin “Dünya” teatrında Britaniya və Azərbaycan xoreoqraflarının iştirakı ilə rəqs şou-tamaşası olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]