Azərbaycanda hər 100 nəfərdən 91-i internet istifadəçisidir
Bakı, 22 sentyabr, AZƏRTAC
Dövlət Statistika Komitəsinin 2026-cı ildə yayımladığı statistik məlumatlara əsasən, 2025-ci ildə əhalinin hər 100 nəfərinə 91,5 internet istifadəçisi düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.
2025-ci ildə şəhər yerlərində hər 100 nəfərə 95,9, kənd yerlərində isə 86,3 internet istifadəçisi düşüb. Məlumata əsasən, 6-15 yaş qrupunda internet istifadəçilərinin sayı əhalinin hər 100 nəfərinə 89,5 nəfər təşkil edib. İnternet istifadəçilərinin ümumi göstəricisi 2017-ci ildə 79,0 nəfər olduğu halda, 2020-ci ildə 84,6, 2022-ci ildə 88,1, 2023-cü ildə 89,2, 2024-cü ildə 90,8, 2025-ci ildə isə 91,5 nəfər olub. Qeyd edək ki, göstəricilər ev təsərrüfatlarında İKT-dən istifadəyə dair seçmə tədqiqatın nəticələrinə əsaslanır. 2024-cü ildən uşaqlarla bağlı göstərici 6-15 yaş qrupunu əhatə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:00]
Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq
- 22.09.2026 [11:32]
Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək
- 22.09.2026 [11:26]
Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib
- 22.09.2026 [11:25]
Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərir
- 22.09.2026 [10:53]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi
- 22.09.2026 [10:29]