“Azərbaycanda kistoz fibrozun müalicəsində yeni dövr" adlı tədbir keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Kistoz fibroz xəstəliyindən əziyyət çəkən vətəndaşların mövcud vəziyyəti, beynəlxalq təcrübə və yeni müalicə üsulları, həyati vacib dərman preparatları ilə təminatın davamlılığı, yaranan problemlərin həlli yollarını müzakirə etmək məqsədilə "Azərbaycanda kistoz fibrozun müalicəsində yeni dövr" adlı tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin, Kistik Fibroz Xəstəliklərinə Yardım İctimai Birliyinin və Türkiyənin "Marmara Universiteti Pendik EAH"nin uşaq ağciyər xəstəlikləri şöbəsinin professor-həkim heyəti iştirak edir.