Azərbaycanda peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklərin qarşısı alınmışdır
Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycanda peyvəndlərin aparılması nəticəsində bir sıra xəstəliklər qlobal səviyyədə aradan qaldırılmışdır. Ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilmişdir.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) məlumat verilmişdir.
Məlumatda bildirilir ki, 2002-ci ildə Dünya Səhiyyə Təşkilatı Azərbaycana “poliomielitdən azad ölkə” statusunu vermişdir.
Yoluxucu xəstəliklər əleyhinə peyvənd olunmaq çox vacibdir. Yalnız sağlam uşaqlar peyvənd oluna bilərlər. Bundan əvvəl isə həkim mütləq uşağı müayinə etməlidir.
Azərbaycanda milli immunlaşdırma proqramı dövlət tərəfindən dəstəklənir. Hazırda profilaktik peyvəndlər Səhiyyə Nazirliyi tərəfindən 1994-cü ildə təsdiq olunmuş peyvənd təqviminə əsasən həyata keçirilir. Bir sıra xəstəliklərin törədicisi olan pnevmokokk infeksiyası hava-damcı yolu ilə yayılır. Ölkəmizdə pnevmokokk infeksiyasının profilaktikası üçün istifadə olunan vaksin tam təhlükəsizdir. Valideynlər uşaqlarına pnevmokokk əleyhinə peyvəndi 2, 4 və 6 aylığında vurdurmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]