Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA “QARA QIZIL”DA ÇİMMƏK SAĞLAMLIQ VƏ MƏNFƏƏT GƏTİRİR

“Nyu-York Tayms” qəzetinin 4 dekabr tarixli nömrəsində Azərbaycanın Naftalan kurortu haqqında məqalə dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

Keçmiş Sovet İttifaqının ucqar guşəsində yerləşən bu heyrətamiz kurort Qərbi Texasdakı kimi, pas atmış sənaye avadanlığı və çoxsaylı buruqlarla əhatə olunmuşdur.

Ramil adlı 25 yaşlı arıq bir gənc xalis xam neftdə sağlamlaşdırıcı vanna qəbul etməyə hazırlaşır. O, paltarını soyunub, yanına bir topa kağız dəsmal qoyur. Bu dəsmallar sonra ona lazım olacaqdır. İstifadə olunmuş motor yağı qoxusu verən, onun kimi axıb gedən tünd mayenin içinə boğazınadək girən gənc “Əladır” deyir.

Azərbaycanın mərkəzində yerləşən Naftalan neft kurortu vaxtilə Sovet İttifaqında məşhur istirahət yeri idi, hazırda özünü yenidən dirçəltməyə çalışır. Bu ölkədə o qədər neft var ki, insanlar hətta onda çimirlər.

Naftalana gələn xəstələr gündə bir dəfə xam neftdə çimirlər. Onlar da, elə yerli həkimlər də deyirlər ki, Naftalan nefti insanları ağrılardan xilas edir, psoriazı (pullu dəmrovu) müalicə edir, əsəbləri sakitləşdirir və dərini yaxşılaşdırır. Hərcənd, Qərb mütəxəssisləri neftin xərçəng xəstəliyi doğura biləcəyi fikrindədirlər.

Dünya kurort məkanının tərkib hissəsinə çevrilməyə ümid bəsləyən bu müalicə mərkəzi bir il əvvəl açılmışdır. Hazırda bir korpusda tikilir, gələcəkdə isə daha iki belə korpus açmaq planlaşdırılır. Mərkəzin direktoru İlqar Hüseynov deyir ki, iki il əvvəl bütün bunlar dağılmış vəziyyətdə idi. Azərbaycan ilbəil zənginləşir.

Naftalan kurortu populyarlığının ən yüksək səviyyəyə çatdığı 1980-ci illərdə ildə 75 min xəstə qəbul edirdi. Bu axın 1988-ci ildə – Dağlıq Qarabağda münaqişə başlanandan və Sovet İttifaqı ərazisində sərbəst hərəkət etmək mümkün olmayandan sonra kəskin surətdə azalmışdır. Sovet dövründəki 6 korpusdan beşi qaçqınlar üçün kədərli sığınacağa çevrilmişdir. Lakin İ.Hüseynov bildirir ki, mərkəz ötən ilin yayında təxminən 250 adam qəbul etmişdisə, bu il onların sayı 350 nəfərə çatmışdır. Yeməklə birlikdə 15 günlük müalicə kursunun qiyməti 450 dollardır.

Naftalan İcra Hakimiyyəti başçısının müavini Əmir Aslanov deyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən möhkəmlənmişdir. Şəhər neft mənbələrinə ümid bəsləyir. Bu sahədən götürülən gəlir Naftalanda yoxsulluğu aradan qaldırmağa imkan verəcəkdir. Neft vannalarının sayını 20–yə çatdırmaq üçün 3 milyon dollar lazımdır və hazırda sərmayədar axtarılır.

Müalicə mərkəzinin baş həkimi Gültəkin Süleymanova isə deyir ki, yerli xam neftin qeyri-adiliyi tərkibindəki təbii qazın və neftin digər yüngül fraksiyalarının cüzi miqdarda olması ilə əlaqədardır. Məhz buna görə Naftalan nefti zərərsizdir.

Xam Naftalan neftinin tərkibində 50 faizədək naftalin var. Naftalin psoriazın müalicəsi üçün dermatoloqların istifadə etdikləri qatranlı sabunun əsas elementidir. Xərçəngin Tədqiqi üzrə Amerika Milli Agentliyinin naftalini mümkün kanserogen kimi təsnif etməsinə baxmayaraq, doktor Süleymanova başqa fikirdədir. O deyir ki, vannalar istidir, prosedurun müddəti isə 10 dəqiqədən çox deyildir. Dəriyə daxil olan və iltihab əleyhinə təbii antibiotiklər və maddələr sayəsində terapevtik effektə nail olunur.

Vanna mütəxəssisi Arzu Mirzəyev isə söyləyir ki, hər prosedurda təxminən bir barrel neftdən istifadə olunur və bu neft sonradan təkrar istifadə üçün ümumi çənə axıdılır. Neftin indiki qiymətləri bu prosesi zəruri edir. Vanna qəbul edənlərin bədənindən neftin təmizlənməsi uzun və ağır prosesdir. Bədəni kağız dəsmallarla silib, duş qəbul etmək lazım gəlir.

Azərbaycanın dəniz yataqlarından hasil olunan və “Azeri Light” adlı brend kimi ixrac edilən neftdən fərqli olaraq, Naftalan nefti çox ağırdır, kommersiya qiyməti yoxdur. Xoşbəxtlikdən, o, tez alışmaq baxımından təhlükəli deyil, bu isə çox mühüm amildir, çünki xəstələrin əksəriyyəti siqaretçəkəndir.

Neft artıq çoxdandır Azərbaycanın vizit kartıdır, hərçənd o, Naftalanda hələ XIII əsrdə aşkara çıxarılmışdı. O zaman nefti burada olmuş məşhur səyyah Marko Polo da görmüşdü. Qamış basmış və təqribən futbol meydançası boyda bataqlıq indi də qara neft təbəqəsi ilə örtülmüşdür. Bu yer Çinə gedən Böyük İpək yolu üstündə dayanacaq idi.

Sonralar Azərbaycanda daha iri neft yataqları ABŞ-ın neft maqnatı Con Rokfellerin rəqibləri olan isveçli Nobel qardaşları tərəfindən işlənilmişdir.

Naftalanın nisbətən yaxın keçmişini əks etdirən muzeydə qoltuqağacları kolleksiyası toplanmışdır. Bunlar ötən əsrin 70-80 illərində Naftalanda müalicə olunan xəstələrin sağalması əlaməti kimi qoyub getdikləri qoltuqağaclarıdır. Vaxtilə şəhərə giriş yollarında asılmış “Naftalanı olanın hər şeyi var” plakatının fotoşəkli də muzeydə saxlanılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim