İDMAN
Azərbaycanda uşaq paralimpiya hərəkatının hüquqi bazası yaradılır
Bakı, 11 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılmış Uşaq Paralimpiya Komitəsinin (UPK) inkişaf etdirilməsi məqsədi ilə UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə komitə arasında anlaşma memorandumu imzalanmışdı.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı razılaşmaya əsasən UPK-nın hüquqi bazasının yaradılması məqsədi ilə Kanadanın İdman Elmləri üzrə fəxri professoru, UNİCEF-in beynəlxalq eksperti Kolin Higgis bu günlərdə Bakıda olmuşdur. Səfər zamanı K.Higgis AMPK-nın rəhbərliyi və mütəxəssisləri, UPK-nin idarə heyətinin üzvləri ilə görüşmüş, müzakirələr aparmış və biz sıra müəssisələrdə olmuşdur.
UNİCEF-in ofisində ekspertin yekun təqdimatı olmuş və təqdimat ətrafında geniş müzakirələr aparılmışdır. Təqdimat mərasimində AMPK və UPK-nın nümayəndələri ilə yanaşı müvafiq QHT nümayəndələri və bu sahəyə cəlb olunmuş işçi qrupun üzvləri iştirak etmişlər.
Qeyd edək ki, cari ilin avqustunda AMPK ehtiyat idmançıların hazırlanması məqsədi ilə dünyada ilk dəfə olaraq öz nəzdində Uşaq Paralimpiya Komitəsi yaratmışdı.