Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı koronavirusdan öncəki həyatına qaytarmaq üçün hər birimiz məsuliyyət daşıyırıq

Azərbaycanı koronavirusdan öncəki həyatına qaytarmaq üçün hər birimiz məsuliyyət daşıyırıq

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə mövcud sanitar-epidemioloji vəziyyəti, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini təhlil edərək xüsusi karantin rejiminin mayın 31-dək uzadılması barədə qərar verib.

Yada salaq ki, fevral ayının əvvəllərindən koronavirus infeksiyası dünyada gərginlik və bəzi hallarda laqeydliklə qarşılandığı halda, Azərbaycan o azsaylı dövlətlərdən oldu ki, metodik və ardıcıl yanaşmaları ilə əvvəlcədən vəziyyətə nəzarəti təmin edə bildi.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə  Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Koronavirus müharibəsinin ikinci fazası” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə deyilir ki, koronavirus pandemiyasının “dünyanı dolaşdığı” və sərhədlərimizə yaxınlaşmaq məqamlarında Azərbaycan vətəndaşlarının bütün diqqəti ölkənin ali siyasi rəhbərliyinə, Prezident İlham Əliyevə yönəldi. Bu qeyri-standart şəraitdə ölkə rəhbərinin atdığı addımların birinci uğurlu cəhəti ondan ibarət idi ki, dövlətin tədbirləri, ilk növbədə, sistemli və ardıcıllıqla hazırlanıb həyata keçirilirdi. İlk belə tədbir daha çox risk yükü olan sərhəd qapılarını bağlamaqla bağlı oldu. Ölkə üzrə vahid koordinasiya mərkəzinin yaradılması ideyası da dövlət başçısının adı ilə bağlı oldu və beləliklə, Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başladı. Müxtəlif dövlət qurumlarının dəqiq və qüsursuz bir mexanizm halına gətirilməsi xüsusi olaraq diqqəti cəlb edən hal idi və o mexanizmdə Səhiyyə Nazirliyinin üzərinə düşən əsas yükün ağırlığı ilə bərabər məsuliyyəti də seçilirdi. O xüsusatı kursivlə verməyi lazım bilirik ki, öz gənc dövlətçilik tarixi müddətində ilk dəfə bu cür fövqəladə situasiya ilə rastlaşması, analoji vəziyyətlərdə təcrübənin olmaması fonunda baş verənlər çevik və mütəhərrik dövlət qurumlarımızın vahid orqanizm kimi qurulması faktını təsdiqlədi.

Operativ Qərargahın ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayıraraq karantin zonaları yaradılması haqqında qərarı həmin yükü aydın fokuslaşdıra bildi. Üstəlik, koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilməsi, ixtisaslaşmış xəstəxanaların və laboratoriyaların xəstəliyin müayinəsi-müalicəsi üçün müvafiq avadanlıq və dərman preparatları ilə təmin edilməsi qarşıda duran vəzifələrin asan olmadığını göstərirdi. Operativ Qərargahın tədbirlər planına uyğun olaraq peşəkar həkimlərin bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunmaları, infeksiyaya yoluxmuş şəxslərin müalicəsinə cəlb edilmələri praktikasının işə salınması da bu istiqamətdə işlərin məhsuldarlığına yönəldi. COVID-19 virusuna qarşı mübarizə çərçivəsində paytaxtla yanaşı, ölkənin bütün regionlarını əhatə edən mərkəzlər yarandı. Bütün bunlar beynəlxalq qurumlar, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirildi.

Yada salmaq istərdik ki, yaşadığımız əsrin biopolitikasını şərtləndirən COVID-19 ətrafında yaranan ajiotaj, əslində, bəşəriyyət üçün yeni tendensiya deyil, tarixi min illərə gedib çıxan qorxunc və dəhşətli pandemiyalardan adlayaraq günümüzə qədər gəlib çıxıb. Dünya tarixi dəfələrlə müxtəlif epidemiyaların yaratdığı fəlakətləri yaşayıb. Tarixçilərin Aralıq dənizi (Roma) sivilizasiyası ilə hind sivilizasiyanın kontaktından yarandığını iddia etdiyi ilk epidemiya faktı, əlbəttə, Çinin iştirakı olmadan yayılmayıb. Bu, indinin özündə də Çin sivilizasiyası ilə Hindistan sivilizasiyanın kontaktından meydana gəldiyi qənaətilə əsaslandırılır. Nə cür meydana gəlməsindən asılı olmayaraq iki qütbün - Qərbin və Uzaq Şərqin sakinləri üçün bu, “yeni xəstəlik” idi və ona qarşı immunitetin olmaması nəticələri ağırlaşdırdı. Bu, “Antonilər çuması”nın Roma imperiyasının ömrünə vurulan baltaları oldu. Bunun bədəlini ödəmək isə elə həmin imperiyanın bəxtinə yazıldı və o dağıldı. Nəticə isə romalılar arasında onların köhnə allahlarına inamı sarsıtdı. Elə bunun fonunda “nicat dini” kimi xristianlığın yayılması vüsət götürdü. Xristianlıq ölümdən qorxmamağı, xeyirxahlığı təbliğ edir, ölüm qarşısında olanların qayğısına qalmağı, xəstəxanalar yaradılmasını sürətləndirirdi. Bu, Aralıq dənizi hövzəsində xristianlığın rəsmi din kimi tanınmasını şərtləndirən başlıca amil oldu.

Çinlilər də nicat yolunu öz dinində - buddizmdə gördü. İki qütbdəki iki imperiya - Qərbdə Roma, Yaxın Şərqdə Xan imperiyaları isə ömrünü başa vurmaqla iki din, xristianlıq və buddizm möhkəmləndi: bu, insan əxlaqının dəyişməsi idi.

“Yustinnian tifi” isə VI əsrə Yaxın Şərqdə qəfildən göründü. O, indinin özündə də Bizans İmperiyası ilə Persiya arasında gedən müharibələrin nəticəsi kimi qəbul edilir. Nəticə olaraq epidemiya ərəb dövlətlərinin yaranması ilə yanaşı, İslam dininin meydana gəlməsi dövrü olaraq tarixə düşdü.

XIV əsrdə Monqolustandan Ukraynaya qədər yayılan “Qara ölüm” epidemiyası, XVI əsrdə Amerika qitəsində yayılan, Meksika və Peru əhalisinin 95 faizini, bütövlükdə böyük sivilizasiyanın axırına çıxan, iki yüz ildən sonra Avstraliya və Okeaniyada, avropalılarla aborigenlərin təması ilə yenidən alovlanan “Ağ ölüm” kütləvi ölüm gətirdi. Ardınca XVIII əsrdə Avropa, Rusiya, Şimali Amerikada yaranan tif epidemiyasının ocaqları isə iri şəhərlər oldu, elə yeri gəlmişkən, həmin dəhşətli epidemiyadan sonra Amerika Birləşmiş Ştatları dünyanın siyasi xəritəsində peyda oldu. Nəhayət, I Dünya müharibəsinin axırlarına yaxın başlayan tif, vəbadan sonra başlayan qrip pandemiyası üç il müddətində Avropanın başı üzərində kabus kimi dolaşaraq bütün qitələrdəki insanlar üçün ölüm təhdidinə döndü. Sonuncu pandemiyaya qarşı mübarizə metodu sonralar şəxsi gigiyena kimi insanların məişətində kök salan sosial gigiyena mədəniyyətini bərqərar etdi. Sabun, qaynadılmış su, kanalizasiya ilə bərabər, milli səhiyyə sistemlərinin əsasları yaradılmağa başlanılaraq gündəlik həyat normasına çevrildi.

Tarixin dəhşətli pandemiyaları üzərində insan iradəsi qələbə çalıb.

Bu, həqiqətdir və bizim müasirlərimizə stimul verməli olan ən başlıca dərslərdən biri, bəlkə də birincisi olmalıdır. Bunu yadımızda saxlamaqla bərabər, onu da unutmamalıyıq ki, pandemiyalar bizə qədər barəsində məlumatlar gəlib çatmış, tarixi 2 mindən çox illərin ibrətamiz gerçəkliyidir. İnsanların, ümumilikdə 2 milyon il müddətində təkamülünün onun immunitet sistemini möhkəmləndirməsi amilini nəzərə alsaq, koronavirusla bağlı təlaşlanmağın deyil, sistemli və metodik mübarizənin effektivliyini təmin etmiş oluruq. Bunun üçün başlıca silahımız elmi-texniki tərəqqinin nailiyyətləri olmalıdır.

Dünyanın istənilən nöqtəsindəki istənilən hadisə ilə bağlı xəbərlər kimi, koronavirusla bağlı məlumatların Yer kürəsinin istənilən nöqtəsinə çatdırılması üçün dəqiqələr bəs edir. Biz bu silahın gücündən maksimum yararlanmağımızla bərabər, fəaliyyəti ölkə əhalisinin etimadını qazanmış Operativ Qərargahın xətti ilə aidiyyəti dövlət qurumlarının tövsiyələrini mübahisəsiz olaraq qəbul etməliyik. Unutmamalıyıq ki, xalq olaraq doğmalarımıza xüsusi münasibətimizlə seçilirik və ona görə də atdığımız hər addımda onları fikirləşməliyik. Bu zaman yaddan çıxarmamalıyıq ki, Azərbaycan Respublikasında hakimiyyətin başlıca qayğısı vətəndaşlarını koronavirus yoluxmasından qorumaqdır. Unutmamalıyıq ki, əgər COVID-19 infeksiyası insanların kontaktı ilə yayılırsa, deməli o, uzaqda deyil, böyür-başımızda dolaşır, bizə və bizim şəxsimizdə doğmalarımıza yoluxmaq üçün məqam gözləyir. Buna görə də ekspertlər, ən mükəmməl mütəxəssislər haqlı olaraq tövsiyə edirlər ki, COVID-19 mühitində yaşamağa hər kəs fərd olaraq psixoloji cəhətdən özünü hazırlamalıdır. Həmin “psixoloji hazırlığı”n başlıca şüarını, yeri gəlmişkən, çoxlarımızın həkimlərin “şəkər” xəstəliyi ilə bağlı artıq cəmiyyətdə aforizmə çevrilən sözlərini xatırlayaq: “Diabet xəstəlik deyil, həyat tərzidir”. Bu, alışmalı olduğumuz gerçəklikdir və pandemiya tamamilə çəkilib gedənəcən hər birimiz koronavirusa xəstəlik kimi deyil, həyat tərzi kimi yanaşmalıyıq. Bundan əlavə, özümüzün hər vaxt xatırladığımız bu həyat formulunu imkan düşən məqamda başqalarının da yadına salmalıyıq. Cəmiyyətin hər bir üzvü kimi, sizli-bizli, hər birimiz Operativ Qərargahın yaydığı məlumatlara, tövsiyə və təlimatlara riayət etməyin birmənalı vacib olduğunu ətrafımızdakılara aşılamalıyıq. Şəxsi gigiyena qaydalarına əməl etməyə, insanlarla təmaslardan maksimum qaçaraq özünütəcridi, bu, mümkün olmadıqda sosial məsafəni gözləmək məcburiyyətini şəraitin diktəsi kim qəbul etməliyik.

Xüsusi karantin rejiminin yumşaldılaraq mayın 31-dək uzadılmasını dövlətin öz vətəndaşının sağlamlığı naminə atdığı addım kimi qiymətləndiririk. O da var ki, Azərbaycanı koronavirusdan öncəki həyatına qaytarmaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Arxada qalan gərgin 2 ay göstərdi ki, təhsil işçiləri, istər ali, istərsə də ümumtəhsil məktəblərinin müəllim heyəti hər bir məqamda vətəndaş məsuliyyəti nümayiş etdirir. Bu heyət Təhsil Nazirliyinin təlimatlarına uyğun olaraq qısa müddətdə distant təhsil praktikasını tətbiq etməklə yanaşı, təkcə tədrislə məşğul olmadılar. Eyni zamanda, hər bir müəllim nəinki şagird-tələbə kontingenti, imkan düşəndə onların valideynləri ilə də geniş iş apardılar. Müəllimlər bunu təkcə dərs prosesində deyil, sosial şəbəkələrin bütün imkanlarından maksimum yararlanmaqla da təşkil etdilər və bu missiyanı davam etdirirlər.

Bəli, “Biz birlikdə güclüyük!” çağırışı yaşadığımız əsrə bərabər günlərin təcrübəsində bir daha sübut edilən gerçəklikdir. Buna görədir ki, koronavirusla mübarizədə dünyanın örnək olacaq ölkələrindən biri kimi qəbul edilən Azərbaycanın qazandığı nəticələrlə fəxr edə bilərik. Bu nəticələrin qazanılmasında Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rolu şübhəsizdir, bununla bərabər, dövlət və hökumət qurumları ilə yanaşı, hər bir vətəndaşımızın payı var.

Hesab edirik ki, sadaladığımız faktların yaratdığı mənzərə nə qədər qürurverici olsa da, qazanılan nəticələr cəmiyyətimizdə arxayınlıq yaratmamalıdır. Ona görə ki, bu, müharibə qaydalarına daban-dabana zidd olan taktikadır. Biz isə COVID-19, təkmil və amansız düşmənlə qarşı-qarşıyayıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb