Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın diplomatik uğurları: Ölkə başçısının praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyəti

Azərbaycanın diplomatik uğurları: Ölkə başçısının praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyəti

Bakı, 14 mart, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyə ilə həyata keçirilən balanslı xarici siyasət, region və eləcə də dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən münasibətlər qurması və əməkdaşlıq etməsi Azərbaycanın nüfuzunu getdikcə artırır. Ölkəmizin Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, regionda sülhyaratma və təhlükəsizliyin təmin olunmasında əldə etdiyi nailiyyətlər, atdığı addımlar və irəli sürdüyü təşəbbüslər həm bölgənin, həm də bütövlükdə dünyanın təhlükəsizliyinə müsbət təsir göstərəcək. Bu, artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ifadə edib.

Deputatın sözlərinə görə, hazırda demək olar əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, etibarlı tərəfdaşdır. Hətta elə vacib görüş və tədbirlər var ki, onların keçirilməsi üçün məhz Azərbaycan seçilir. Bunun çox ciddi əsası var. Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyini, etnik təmizləmələri, terror aktlarını, dini, milli, irqi ayrı-seçkiliyi müşahidə edirik. Bütün bunların fonunda Azərbaycanda insanlar təhlükəsizlik, tolerantlıq və mehribançılıq şəraitində yaşayırlar. Əlbəttə ki, hər bir inkişafın nüvəsini sabitlik təşkil edir. Biz bu stabilliyə təkcə mənsub olduğumuz mədəni keyfiyyətlərlə, qonaqpərvərliyimizlə, gözəl təbiətimizlə deyil, həm də ölkə başçısının yürütdüyü düşünülmüş siyasətin nəticəsində nail olmuşuq.

Azərbaycan həm özünün və regionun təhlükəsizliyini daha da möhkəmləndirmək üçün 2021-ci ildə Türkiyə ilə Şuşa Bəyannaməsini, 2022-ci ildə isə Rusiya ilə müttəfiqlik bəyanatları imzalayıb. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri nadir müttəfiqlik nümunəsidir. Bu sənədin hər iki ölkənin Parlamentdə təsdiq olunması bir daha bu müttəfiqliyin ən yüksək səviyyədə olmasını sübut edir. 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə beynəlxalq nüfuzunu daha da artıran Azərbaycanın son dövrdə baş verən siyasi-iqtisadi proseslər, eləcə də Rusiya-Ukrayna konflikti fonunda dünya üçün əhəmiyyəti bir qədər də yüksəlib. Avropa İttifaqı, o cümlədən Avropanın böyük dövlətləri, İtaliya, Böyük Britaniya və bir çox digər ölkələr ölkəmizə xüsusi diqqət ayırmağa başlayıb. Hazırda bu İttifaqa sədrlik edən Fransanın Prezidenti Emmanuel Makron regionda cərəyan edən məsələlərlə bağlı dövlətimizin başçısı İlham Əliyevə zəng edib, ardınca məktub göndərib. Avropanın əsas dövlətlərindən olan İtaliyanın hökumət rəhbəri telefon əlaqəsi yaradıb, Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizə səfər edib. Azərbaycan Avropa İttifaqının üzvü olan 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Avropa İttifaqı karbohidrogen ehtiyatlarının etibarlı və sabit şəkildə nəqlində maraqlıdır. Eyni zamanda, Türkiyə, Rusiya və Ukrayna prezidentləri də Azərbaycan lideri ilə telefonla əlaqə saxlayaraq müvafiq müzakirələr aparmışdılar. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə Bakıya səfərinin ardınca Prezident İlham Əliyev Türkiyəyə gedərək Prezident Rəcəb Tayyib Ərdoğanla regionun və beynəlxalq aləmin maraq dairəsində olan bir çox mühüm mövzulara dair müzakirələr və məsləhətləşmələr apardı.

Artıq dünyada gedən proseslər bir çox sahələrdə, xüsusilə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinin bərqərar olunması, hərbi münaqişələrin qarşısının alınması, onların yaratdığı fəsadlarının aradan qaldırılması istiqamətində yeni görüş və münasibətlərin formalaşmasını zəruri edir. Bu günlərdə Türkiyə Prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Antalya Diplomatiya Forumu bunun əyani nümunəsidir. Ölkəmiz üçün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, yeni münasibətlər yaratmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün bu Forum böyük önəmi vardır. Türkiyə ilə Azərbaycanın birlikdə atdığı addımlar dünyanın diqqət mərkəzindədir. Rusiya-Ukrayna konfliktinin dayandırılması, sülh danışıqlarının keçirilməsi, yaranmış böhranın aradan qaldırılması istiqamətində həm Türkiyə, həm də Azərbaycan vasitəçi qismində çıxış etməsi, göstərdikləri təşəbbüslər yüksək qiymətləndirilir.

Komitə sədri vurğulayıb ki, bütün bunlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsi nüfuzu, bacarıqlı diplomat, müdrik lider, yeni vəziyyəti və gələcək hədəfləri görən strateq olaraq dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanı yeni uğurlara aparır. Ölkəmiz region dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara, sabitliyə, iqtisadi inkişafa xidmət edən əlaqələr qurur. Müasir beynəlxalq münasibətlər sistemində, dəyişən dünyanın yeni siyasi nizamında Azərbaycanın öz yeri və mövqeyi var.

“Bu günlərdə Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanması fikirlərimiz bir daha təsdiq edir. Bu tarixi sənədə əsasən, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya əlaqələri yaradılacaq. Azərbaycan 1 il 4 aydır ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistana verdiyi təkliflərə cavab gözləyir. Lakin Baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizindən siyasi maraqları üçün istifadə edir, müxtəlif bəhanələr gətirməklə layihənin reallaşmasına mane olurdu. Zəngəzur dəhlizinin açılması prosesinə əngəl olmağa çalışan İrəvan artıq seçim qarşısındadır: ya Azərbaycanın şərtləri ilə razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq. Həmişəki kimi, İrəvan Azərbaycanın təklif etdiyi konstruktiv təkliflərə adekvat cavab vermir. Regional imkanlardan yararlana bilməyən Ermənistan növbəti dəfə dalana dirənir. Bunun məsuliyyəti isə Ermənistanın üzərinə düşür. Prezident İlham Əliyevin dediyi kimi, “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq”. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Azərbaycan enerji, neft-qaz, logistika, kommunikasiya sahəsində nəhəng, iri miqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki öz xalqı, həm də qonşu ölkələr, bütövlükdə isə dünya üçün önəmli olan layihələr icra edir TANAP və TAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur. Türkiyə-Azərbaycan işbirliyinin nəticəsi olan TANAP və TAP-ın hazırkı şəraitdə əhəmiyyəti də artmaqdadır. TANAP və TAP layihəsi Avropada və dünyada enerji təhlükəsizliyinin yeni reallığının mühüm elementlərinə çevrilməkdədirlər. Türkiyə-Azərbaycan qardaşlığının bu layihələr təkcə iqtisadi deyil, həm də mühüm geosiyasi əhəmiyyətə malikdir. Ölkələrin enerji təhlükəsizliyində vacib rol oynayır”, - deyə H.Hüseynova vurğulayıb.

O qeyd edib ki, dövlətimizin başçısı regionda praqmatizmə və qarşılıqlı faydaya əsaslanan fəaliyyət mühiti yaradır. Bu əməkdaşlıqdan bütün region ölkələri yararlanır, iqtisadi vəziyyətini gücləndirir. Zəngəzur dəhlizi imkan verir ki, Ermənistan iqtisadiyyatını inkişaf etdirsin, büdcəsinə əlavə vəsait daxil edə bilsin və əhalisinin sosial vəziyyətini yaxşılaşdırsın. Əgər Azərbaycan İran ərazisindən keçməklə yeni kommunikasiya yaradacaqsa, sabah Zəngəzur dəhlizinə ehtiyac qalmaya bilər. Bununla da Ermənistan nəinki böyük gəlirlərdən məhrum olacaq, eyni zamanda, özü üçün əlavə iqtisadi çətinliklər yaratmış olacaq.

1992-ci ilin mayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində tikilən "Ümid körpüsü" o illərdə Naxçıvanı aclıqdan və fəlakətdən xilas etmişdi. 30 il sonra isə Prezident İlham Əliyevin səyləri ilə reallaşan Araz çayı üzərində yeni 4 körpüdən ibarət yol-kommunikasiya qovşağının qurulması Naxçıvanı Azərbaycanla birləşdirməklə yanaşı, 3 qonşu dövlət - Azərbaycan, İran və Türkiyə arasında birliyin daha da möhkəm həlqəsi kimi əhəmiyyətlidir.

Prezident İlham Əliyev dəfələrlə deyir ki, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də”. Zəngəzur dəhlizi kartından Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək istəyən İrəvan növbəti dəfə geostrateji layihədən kənarda qaldı. Əgər Ermənistan indiyədək bir Zəngəzur dəhlizini açmaq istəmirdisə, indi iki Zəngəzur dəhlizi - Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvanla birləşdirən Cənub Zəngəzur dəhlizi və yaxın vaxtlarda mütləq reallaşacaq Zəngilan-Mehri-Ordubad istiqamətini nəzərdə tutan Şimal Zəngəzur dəhlizi reallığı ilə barışmaq məcburiyyətindədir.

“Bu saziş həm də Ermənistanı yenidən düşünməyə, 10 noyabr üçtərəfli Bəyanatda nəzərdə tutulan kommunikasiyaların açılmasına yaradılan süni maneələrin aradan qalxmasına təkan verəcək. Ağbənd-Mehri-Ordubad dəhlizinin, - biz bu yola “Şimali Zəngəzur dəhlizi” də deyə bilərik, - eləcə də Laçın-Qarakilsə (ermənilər adını dəyişdirib Sisyan qoyublar)-Şahbuz avtomobil yolunun da açılması ilə daha çox alternativlərimiz və manevr imkanlarımız yaranacaq. Bu dəhlizlər vasitəsilə gələcəkdə Asiyadan Avropaya (və əksinə) yük və sərnişin daşınması, eləcə də qaz və neft boru xətləri tikməklə Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Avropa ölkələrinə nəqli, turizm imkanlarının və mədəni əlaqələrin genişlənməsi mümkün olacaq.

Son günlər baş verən hadisələri təhlil edərkən Prezident İlham Əliyevin müdrik, praqmatik və uzaqgörən diplomat, əsl Lider olduğunu bir daha görürük. Dövlətimizin başçısı son dərəcə dəqiq hesablanmış, dərindən təhlil edilmiş, çevik manevrlər imkanına malik qərarlar qəbul etməklə Azərbaycanı yalnız uğur və nailiyyətlərə doğru aparır”, - deyə Milli Məclisin komitə sədri fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

“EasyJet”in Fransadakı ekipaj üzvləri tətilə başlayıblar

Cəlilabadda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Amerikalı basketbolçu "Neftçi"də

Fransanın Land departamentində 1300 hektar meşə sahəsini yanğın bürüyüb

İmişlidə 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək

Bu saata olan əsas xəbərlər

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Metronun “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin daşınması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Qusarda kəndlərarası voleybol yarışı Çempionlar liqasını xatırladıb – VİDEO

Hövsanda mağazanın tavanı uçub, dağıntıların altında qalan şəxs xilas edilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Bu gün Ümumdünya Sahibsiz Heyvanlar Günüdür

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır VİDEO

Premyer Liqa: Son çempion "Sabah" ilk oyununa çıxır

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il ötür

Media: NATO-nun müdafiə planındakı uğursuzluq Ukraynaya çətinlik yaradır

Pekindən Mançesterə uçan təyyarə Krasnoyarskda təcili eniş edib

Kolumbiyada mədəndə partlayış nəticəsində 6 nəfər həlak olub

Rusiya-Şimali Koreya sərhədində körpü tikintisi başa çatır

Tramp: İranı məhv etmək istəmirik, amma hər şeyə qadirik

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub VİDEO

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib