Azərbaycanın Əlcəzairdəki səfirliyinin yenilənmiş rəsmi internet səhifəsi təqdim edilib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycanın Əlcəzairdəki səfirliyində yerli media nümayəndələri və sosial media influenserləri ilə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan–Əlcəzair münasibətlərinin inkişafı, media əməkdaşlığının genişləndirilməsi və ictimai diplomatiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Tədbir çərçivəsində Azərbaycanın turizm potensialına dair təqdimat keçirilib, ölkənin tarixi-mədəni irsi, təbii müxtəlifliyi və turizm imkanları iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçılara Azərbaycan barədə kitablar, broşürlər və müxtəlif informasiya materialları təqdim olunub.