AZƏRBAYCANIN QEYRİ–NEFT SEKTORUNDA İXRAC POTENSİALI ARTACAQDIR
Beynəlxalq ticarət sahəsində məsləhət xidmətləri göstərən, konkret layihələrin həyata keçirilməsinə yardım edən BTM–in nümayəndələrinə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkəmizə xarici sərmayələrin cəlb edilməsi, qeyri-neft sektorunda yeni istehsal və xidmət sahələri yaradılmasının potensial imkanları barədə məlumat verilmişdir.
BTM-in ekspertləri Şəki-Zaqatala regionu müəssisələri ilə də tanış olmuşlar.
Bakı Biznes Mərkəzində BTM ekspertlərinin, donor ölkələrinin, beynəlxalq maliyyə təşkilatlarının və ictimai birliklərin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Ekspertlər qeyri-neft sektorunda ixrac potensialının artırılması layihəsi ilə bağlı görüş iştirakçılarına məlumat vermiş, donorların diqqətini bu mühüm məsələyə yönəltmişlər.
Beynəlxalq Ticarət Mərkəzinin ekspertləri səfərlə bağlı hesabat hazırladıqdan sonra Azərbaycanın qeyri-neft sektorunda ixrac potensialının artırılması layihəsinin həyata keçirilməsi üçün donorlara müraciət edəcəklər.