AZƏRBAYCANIN SEÇKİLƏR MƏCƏLLƏSİNİN LAYİHƏSİ MÜZAKİRƏ OLUNMUŞDUR
Dekabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. İclasda Mərkəzi Seçki Komissiyasına təqdim olunmuş “Azərbaycan Respublikasının seçkilər məcəlləsi”nin layihəsi barədə komissiya üzvlərinin fikirləri dinlənilmiş və sənəd yüksək dəyərləndirilmişdir.
Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, komissiyanın sədri və üzvləri seçki, referendum və komissiyalar haqqında qanunvericilik aktlarını özündə cəmləşdirən Məcəllə layihəsini şəffaf, demokratik seçkilər keçirilməsi üçün zəruri olan beynəlxalq seçki standartlarından irəli gələn tələblərə uyğun hazırlanmış böyük əhəmiyyətli, təqdirəlayiq sənəd kimi qiymətləndirmişlər. Bu mühüm sənədi dərindən və səriştəli öyrənmək üçün kifayət qədər vaxta malik olan komissiya üzvləri Məcəllənin praktiki tətbiqi, yazılış üslubu və digər cəhətləri ilə bağlı təkliflərini irəli sürmüşlər. Məcəllə layihəsinin müzakirəsinin və yeni təkliflər əsasında təkmilləşdirilməsinin davam etdirilməsi vacib sayılmışdır.
İclasda 91 saylı Xanlar-Daşkəsən dairə seçki komissiyasının üzvü Z.İ.İsmayılovun komissiya üzvlüyündən azad olunması barədə Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət etdiyi bildirilmiş və müvafiq qərar verilməsi üçün məsələnin ətraflı araşdırılması vacib bilinmişdir.
Komissiyanın işində kütləvi informasiya vasitələnin nümayəndələri iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]