AZƏRBAYCANIN SOSİAL QANUNVERİCİLİK SAHƏSİNDƏ ZƏNGİN TƏCRÜBƏSİ VARDIR
AZƏRTAC xəbər verir ki, Pakistan İslam Respublikası Senatının xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseyn Səid iyulun 7-də Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri Hadi Rəcəbli demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir sıra sosial problemlərlə üzləşmişdir. Lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkəmiz sürətlə inkişaf etmiş və problemlərin həllinə nail olunmuşdur.
Milli Məclis də mükəmməl qanunlar hazırlamaqla bu işdə yaxından iştirak edir. Parlamentin sosial siyasət daimi komissiyası qanunvericilik bazasının yaradılmasında beynəlxalq təcrübəni diqqətlə öyrənir, səhiyyə, idman, turizm, uşaq və gənclər, ailə məsələlərinə dair qanunlar hazırlayır. Komissiyanın hazırladığı və Milli Məclis tərəfindən qəbul olunmuş iki qanun hazırda MDB-də model qanun kimi istifadə edilir.
Müşahid Hüseyn Səid komissiyanın və ümumilikdə Milli Məclisin fəaliyyətindən razılığını bildirmişdir. Qonaq demişdir ki, Azərbaycanda sosial sahədə atılan addımlar, parlamentin qəbul etdiyi qanunlar təqdirəlayiqdir. Bu sahədə təcrübə mübadiləsinə ehtiyac olduğunu vurğulayan qonaq, bunun üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]