AZƏRBAYCANLI AKTRİSA XÜSUSİ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda “Özəl Burc Təhsil Kurumları” Vəqfi və STV kanalının birgə təşkil etdikləri jurnalistika, kino və televiziya sahəsində mükafatların təqdimat mərasimi keçirilmişdir.
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova qardaş ölkədə və Azərbaycanda populyar olan “Min bir gecə” serialında yüksək ifaçılıq məharətinə görə, münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.
Mükafatı aktrisaya ölkəmizin İstanbuldakı konsulu Günay Əfəndiyeva təqdim etmişdir.
Mükafata layiq görülənlər arasında Kanal-D televiziyasının “Arena” proqramının yaradıcısı, tanınmış jurnalist Uğur Dündar, “Show TV” kanalının aparıcısı Dərya Baykal, TRT-nin aparıcısı Kamal Gülən də vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.05.2026 [17:02]
Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib
- 09.05.2026 [16:38]
İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib
- 09.05.2026 [16:26]
İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb
- 09.05.2026 [12:11]
Türkiyədə Azərbaycan Kino Günləri davam edir
- 09.05.2026 [07:19]
Şair Mövlud Teymurun 75 illiyi münasibətilə ədəbi görüş təşkil olunub
- 08.05.2026 [22:09]
Bəstəkarlar İttifaqında tədbir - Heydər Əliyev və musiqi mədəniyyəti
Liderliyin Heydər Əliyev zirvəsi
- [15:55]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xalqa bağışlanan ömür
- [11:14]
Bəşəriyyət üçün dahilik nümunəsi
- [09:17]