Gülbacı İmanova: Azərbaycan Dövlət Xor Kapellasının 60 illik yubileyi konsert proqramları ilə qeyd olunur
Bakı, 8 may, AZƏRTAC
Bu il Azərbaycan Dövlət Xor Kapellası üçün yubiley ilidir. Kollektiv fəaliyyətinin 60 illiyini qeyd edir. Eyni zamanda, kapella Azərbaycan Dövlət Akademik Filarmoniyası nəzdində fəaliyyət göstərir və bu il Filarmoniyanın da 90 illik yubileyinə təsadüf edir.
Yubiley ili çərçivəsində kollektiv ilin əvvəlindən etibarən bir sıra konsert proqramları ilə çıxış edib və bu tədbirlər davam edir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Xor Kapellasının dirijoru, Xalq artisti Gülbacı İmanova deyib.
O bildirib ki, qarşıdakı aylarda da yeni layihələr və konsert proqramları təqdim olunacaq. Belə ki, yubiley tədbirləri çərçivəsində mayın 21-də növbəti konsertin keçirilməsi planlaşdırılır. Proqramda xor kollektivi ilə yanaşı, solistlərin çıxışları da nəzərdə tutulur.
Gülbacı İmanovanın sözlərinə görə, bu cür tədbirlər gənc nəslin musiqi zövqünün formalaşmasında, onların klassik və akademik sənətə marağının artırılmasında mühüm rol oynayır. Eyni zamanda, tədbirlər milli musiqi irsinin təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [13:16]
Mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət ediblər
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 09.05.2026 [21:59]
Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb
- 09.05.2026 [16:38]
İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib
- 09.05.2026 [16:26]
İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb
- 09.05.2026 [12:11]