Azərbaycan Dövlət İnformasiya Agentliyi

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

Bakı, 10 may, AZƏRTAC

Hər bir xalqın dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti zamanın dar çərçivələrinə sığmır, ümummilli və bəşəri xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursu sadəcə siyasi və iqtisadi islahatların məcmusu deyil, həm də xalqın gələcəyinə hədəflənmiş fundamental bir intellektual dirçəliş fəlsəfəsidir. Bu strateji xəttin mərkəzində dayanan elm və təhsilin vəhdəti bir millətin intellektual azadlıq manifesti olmaqla yanaşı, həm də milli dövlətçiliyin sarsılmaz sütununa çevrilib. Dahi rəhbərin yanaşmasında təhsil bilik ötürmək mexanizmi, elm isə bu biliyi milli tərəqqiyə və strateji gücə çevirən ali vasitə kimi xarakterizə olunur. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən xaos fonunda elm ocaqlarının, xüsusən də Milli Elmlər Akademiyasının bağlanması təhlükəsi yarandıqda, Ulu Öndər qətiyyətli mövqe nümayiş etdirərək bildirdi: “Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir”. Bu, sadəcə bir müəssisənin qorunması deyil, milli təfəkkürün institusional varisliyinin təmini idi. Heydər Əliyev elmi fəaliyyəti dövlətin milli intellektual sərvəti kimi görür, alimi isə cəmiyyətin mənəvi siması hesab edirdi. Heydər Əliyev elmi müəssisələrə sadəcə tədqiqat mərkəzi kimi deyil, dövlətin strateji intellektual resursu, beyin mərkəzləri olaraq yanaşırdı. Onun fəlsəfəsində elm və təhsil bir-birini tamamlayan iki qanad idi. Təhsil milli kadr potensialını formalaşdırır, elm isə bu potensialı dövlətin suverenliyini qoruyan mütəfəkkir gücə çevirirdi. Beləliklə, dahi rəhbərin elm-təhsil strategiyası Azərbaycanın intellektual xəritəsini cızmaqla, ölkəni neft kapitalından insan kapitalına keçid edən müasir bir dövlət modelinə hazırlayırdı.

Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun AZƏRTAC-a təqdim etdiyi “İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi” adlı məqaləsində yer alıb. Məqalədə bildirilib ki, Heydər Əliyevin elm və təhsil fəlsəfəsinin kökündə uzaqgörən strateji varislik dururdu. O, hələ ötən əsrin 70-ci illərində dərk edirdi ki, siyasi müstəqillik mütləq şəkildə intellektual müstəqilliklə möhkəmləndirilməlidir. Həmin illərdə Ulu Öndərin şəxsi təşəbbüsü ilə 15 mindən artıq azərbaycanlı gəncin SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbinə göndərilməsi sadəcə kadr hazırlığı deyildi. Bu, milli genofondun ən parlaq nümunələrini qlobal miqyasda sınaqdan keçirmək və onları gələcək müstəqil dövlətin sütunlarına çevirmək layihəsi idi. Bu, fəlsəfi baxımdan bir millətin öz “beyin mərkəzini” hüdudlardan kənarda yetişdirib vətənə qaytarmaq strategiyası idi. Bu strategiyanın ən cəsarətli və həlledici addımlarından biri 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. O zaman SSRİ rəhbərliyinin müqavimətinə baxmayaraq, Heydər Əliyev azərbaycanlı gənclərin hərbi təhsilə cəlb edilməsinə nail oldu. Bu addım bugünkü Zəfərimizin, peşəkar milli zabit korpusunun təməli idi. Beləliklə, təhsil Heydər Əliyev üçün həm də milli təhlükəsizlik məsələsi idi.

Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamı milli mövcudluq düsturudur. Heydər Əliyev ideologiyasında təhsil azərbaycançılıq məfkurəsinin ötürücü mexanizmidir. O, təhsili fərdin deyil, millətin ortaq taleyi kimi görürdü. Əgər bir millət öz dilini, tarixini və mədəniyyətini təhsil vasitəsilə kodlaşdıra bilmirsə, onu elmi şəkildə əsaslandıra bilmirsə, həmin millətin müstəqilliyi formal xarakter daşıyır. O, milli yaddaşı elmi əsaslarla qoruyan bir cəmiyyət formalaşdırmaqla xalqın intellektual müstəqilliyini də təmin etmiş oldu. Latın qrafikalı əlifbaya keçidin qətiyyətlə təmin edilməsi və Ana dilinin dövlət dili kimi təhsilin mərkəzinə qoyulması məhz bu dərketmə prosesinin nəticəsi idi. Müstəqillik illərində ən böyük təhlükə elm və təhsilin akademik tənəzzülə uğraması və milli ideologiyadan qopması idi. Heydər Əliyev bir tərəfdən təhsilin maddi-texniki bazasını və Elmlər Akademiyasının fundamental bazasını qorudu, digər tərəfdən isə Azərbaycan təhsilini dünya sisteminə inteqrasiya etdirdi. Heydər Əliyev tərəfindən 1999-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” əslində Azərbaycanın Avropa təhsil məkanına atdığı ilk praktiki addım idi. O sübut etdi ki, milli köklərə bağlı olmaq müasirləşməyə mane olmur, əksinə, onu daha dayanıqlı edir.

Heydər Əliyev alim və müəllim əməyinə hər zaman müqəddəs bir iş kimi yanaşırdı. Onun “Mən dünyada müəllimdən yüksək ad tanımıram” fikri müasir təhsil sosiologiyası baxımından müəllim obrazının dövlətin mənəvi hamisi səviyyəsinə qaldırılması idi. Akademik təfəkkürdə müəllim sadəcə informasiya daşıyıcısı deyil, dəyərlər sisteminin memarıdır. Heydər Əliyev müəllim nüfuzunu bərpa etməklə cəmiyyətin əxlaqi və intellektual etalonunu müəyyən etdi.

Hər il mayın 10-da biz dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edirik. Heydər Əliyevin qurduğu təhsil sistemi Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal, innovativ və yüksək texnologiyalara əsaslanan yeni bir mərhələyə qədəm qoyub. Tarixi Xankəndi şəhərimizdə Qarabağ Universitetinin fəaliyyətə başlaması və işğaldan azad olunmuş torpaqlarda ucaldılan məktəblər Ulu Öndərin intellektual müstəqillik idealının zirvə nöqtəsidir. Bu gün təhsilimiz sadəcə bilik ötürmür, həm də fundamental elmi araşdırmaları tətbiqi innovasiyalara çevirərək dövlətin iqtisadi və hərbi qüdrətini şərtləndirən əsas amilə çevrilib. Eyni zamanda, Ulu Öndərin müstəqillik dövründə xüsusi bir missiya ilə qoruyub saxladığı Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən aparılan akademik tədqiqatlar, humanitar və ictimai elmlər sahəsindəki araşdırmalar milli ideoloji xəttin elmi əsaslarla möhkəmlənməsinə xidmət edir. Tariximizin, dilimizin, milli dəyərlərimizin və zəngin mədəniyyətimizin fundamental səviyyədə dərki xalqımızın özünüdərk prosesini milli genofondumuzun ayrılmaz hissəsinə çevirib. Azərbaycan gəncliyinin müasir elmin ən mürəkkəb sahələrində süni intellektdən tutmuş kibertəhlükəsizliyə qədər qazandığı uğurlar məhz bu strateji təməlin məhsullarıdır. Beləliklə, milli-mənəvi dəyərlərinə sadiq, elmi təfəkkürlü və qlobal texnoloji rəqabətə hazır olan yeni vətəndaş obrazı Heydər Əliyev fəlsəfəsinin tarixi təntənəsi və ən böyük qələbəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb