“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar “AzərEnerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.