Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi

Balakən, 10 may, AZƏRTAC

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Dahi şəxsiyyət haqqında istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində çox yazılıb, saysız-hesabsız xatirələr danışılıb. Heydər Əliyevin sadə insanlarla səmimi görüşləri, rayonlara səfərləri zamanı kənd adamları ilə etdiyi maraqlı söhbətlər bu gün də böyük ehtiramla xatırlanır. Onun insanlara diqqət və qayğı ilə yanaşması tarixdə iz qoyan məqamlardan biri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə yaddaqalan hadisələrdən biri 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman Kompleksinin açılışı zamanı yaşanıb. Üzərindən illər keçsə də, həmin anlar yaddaşlarda yaşayır. O görüşün şahidi isə bu gün çoxlarının “Bayraqdar Türanə” kimi tanıdığı Balakən sakini, tibb işçisi Türanə Məmmədovadır.

Hadisə 2002-ci ildə Şəkidə baş verir. Şəki Olimpiya İdman Kompleksinin açılış mərasiminə Ulu Öndər Heydər Əliyev də qatılıb. Minlərlə insan Prezidentlə görüşmək üçün meydana toplaşıb. Heydər Əliyev çıxışında ölkədə və dünyada baş verən hadisələrdən, aparılan quruculuq işlərindən danışırdı. Bir neçə saat davam edən tədbir zamanı o, adəti üzrə insanlarla sanki canlı ünsiyyət qururdu.

Məhz belə anlardan birində onun diqqətini izdiham içində əlindəki Azərbaycan Bayrağını bir an belə aşağı endirməyən balacaboy bir qız cəlb edir. Həmin qız Balakənin Qazma kəndindən olan Türanə Məmmədova idi. O illərdə Türanə Şəki Tibb Texnikumunun ikinci kurs tələbəsi idi.

Türanə Məmmədova həmin günü hər dəfə xatırlayanda duyğulandığını deyir: “Biz tələbələr Ulu Öndərin gəlişini səbirsizliklə gözləyirdik. Hamımız üçün bu, əsl bayram idi. Prezidentimizi görmək böyük sevinc idi. Əlimizdə Azərbaycanın müstəqilliyinin rəmzi olan üçrəngli bayraqlarla onu qarşılamaq isə böyük şərəf sayılırdı.

Texnikumda keçirilən tədbirlərdə fəal tələbə olduğuma görə direktorumuz bəzi işləri mənə tapşırardı. Həmin gün də bayraqları və plakatları tələbələrə paylamağı mənə həvalə etmişdi. Bayraqları payladım, birini də özüm götürüb dalğalandırmağa başladım”.

Türanə xanım deyir ki, həmin gün sanki daxilində xüsusi bir inam və güc hiss edirdi. Qolları yorulsa da, bayrağı heç kimə vermək istəmirdi. Onun sözlərinə görə, Heydər Əliyevin Şəkiyə gələcəyini eşidəndən qəlbində bir arzu yaranmışdı - Ulu Öndərlə görüşmək, ona yaxın olmaq. Lakin meydandakı minlərlə insanı görəndə düşünürdü ki, sevgisini yalnız əlində tutduğu bayraq vasitəsilə ifadə edə biləcək.

Saatlarla bayrağı əlindən yerə qoymayan Türanənin bu davranışı Heydər Əliyevin də diqqətindən yayınmır.

“Evdən çıxanda elə bil ürəyimə dammışdı ki, bu gün Prezidentimizlə görüşəcəyəm. Amma belə bir şeyə heç kim inanmırdı. Minlərlə insanın arasında mən də tələbələrin içində dayanmışdım, əlimdə böyük bir bayraq vardı. Bir müddət sonra hiss etdim ki, Prezidentimiz mənə baxır. Öz-özümə deyirdim ki, yəqin mənə elə gəlir. Amma sonra Ulu Öndər dedi: “O camaatın içindəki gənc qız bayrağı əlində tutub, külək onu o tərəfə-bu tərəfə aparır, amma yerə qoymur. Qızım, səni görürəm, gözəl qızsan”.

Biz bir-birimizə əl işarəsi ilə salam verdik. Sonra insanlar mənə yol açdılar və Prezidentimizin yanına getdim. O, mənimlə görüşdü, Azərbaycan Bayrağını öpüb alnına qoydu. Bu an həyatımın ən unudulmaz günü kimi yaddaşıma həkk olundu”.

Türanə Məmmədova həmin görüşü həyatının ən böyük xoşbəxtliklərindən biri hesab edir. O bildirir ki, Ulu Öndərə olan sevgi və ehtiramını övladlarına da aşılayıb. Hazırda çalışdığı Balakən Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirlərdə həmin xatirəni tez-tez danışır.

“Həmin görüşdən bir müddət sonra Ulu Öndəri itirdik. O vaxtdan bəri onun doğum və anım günlərində Heydər Əliyev mərkəzlərini, Bayraq muzeylərini ziyarət edirəm. İmkan olduqda Bakıda məzarını da ziyarət edirəm. Prezidentimizlə görüş həyatımda silinməz iz qoyub. Mən çox xoşbəxtəm ki, Ulu Öndər Heydər Əliyevi görmüş və onunla görüşmüşəm”, - deyə Türanə xanım bildirir.

Müxbir - Rasim İslamoğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər

Hikmət Babaoğlu: Ulu Öndərin dövlətçilik irsi vahid dövlətçilik konsepsiyasıdır

Heydər Əliyev və Bərdənin inkişaf tarixində silinməz izlər

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Azərbaycanın dövlətçilik fəlsəfəsinin müəllifi VİDEO

Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi

Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

“Baku Steel Company” QSC-nin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Qarabağ Universitetində Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü münasibətilə fləş-mob VİDEO

Tarixin, liderliyin və xilaskarlığın Heydər Əliyev zirvəsi

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib VİDEO

İntellektual müstəqilliyin memarı: Heydər Əliyevin elm və təhsil fəlsəfəsi

Ağdamda yol qəzasında ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB

Prezident Administrasiyasının rəhbəri: Azərbaycan hər birimizin fəxr edə biləcəyi zirvəyə yüksəlib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirib

Bolqarıstan mediasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı silsilə məqalələr nəşr edilib

Heydər Əliyev və Azərbaycan təhsili: milli inkişafın strateji dayağı

Samir Nuriyev: Qarabağda və Şərqi Zəngəzurda bərpa işləri müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir

Prezident İlham Əliyev Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, Azərbaycanı qüdrətli dövlətə çevirdi

Samir Nuriyev: Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qazanılan uğurların miqyası heyrətamizdir

İdeyaları ilə Zəfərə yol açan Dahi Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyev tarixə həm də milli memarlıq məktəbinin hamisi kimi düşmüşdür

Prezident Administrasiyasının rəhbəri: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir

Samir Nuriyev: Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş görkəmli dövlət xadimidir

Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür

Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı

WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib

NATO Yaponiya və daha 3 ölkədə kosmodromlardan birgə istifadə imkanlarını araşdırır

İran Hörmüz boğazında yüzlərlə qayıqdan ibarət "ağcaqanad donanması" yerləşdirib

Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır

Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qlobal neft ehtiyatları sürətlə azalır

Ulu Öndərin irsi təkcə keçmişin xatirəsi deyil, gələcəyin yol xəritəsidir - ŞƏRH

Lionel Messi MLS-in tarixinə düşüb

Ştutqartdakı Azərbaycan Evində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Derviş Eroğlu: Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının yaddaşında əbədi yaşayacaq böyük liderdir

Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb

Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib

Xarici işlər nazirinin müavini “Türkiyənin COP31-ə Gedən Yolu: Dayanıqlı Şəhərlər” adlı tədbirdə çıxış edib

“Qalatasaray” 26-cı dəfə Türkiyə çempionu olub

Prezidentin sosial şəbəkə hesablarında Ulu Öndərin 103-cü ildönümü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı paylaşım edib

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şükürbəyli kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib VİDEO

Belçikadakı derbidə baş verən qalmaqal antisemitizm problemini yenidən gündəmə gətirib

Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti VİDEO

NDU tələbələrinin İğdır Universitetində təcrübə proqramı uğurla yekunlaşıb

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

Almaniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə boks turniri təşkil edilib VİDEO

“Əl-Qüds” qəzetində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib

Premyer Liqa: "Sumqayıt" "Araz-Naxçıvan"a qalib gəlib

Milli yaddaşın izi ilə: Aşıq Ələsgər irsi ilə bağlı layihəyə başlanılıb

İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı

Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 5 medal qazanıblar

Ali təhsildə təcrübə: Özbəkistan və Qazaxıstan alimləri Qubada

Mütəxəssis xəbərdarlığı: Qlobal iqlim dəyişikliyi quş populyasiyasını təhdid edir

ADPU-nun Quba filialında tələbələrin lokal instrumental ansamblı yaradılır

Heydər Əliyev: Müasir Azərbaycanın memarı və milli dövlətçiliyin xilaskarı - ŞƏRH

Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər  YENİLƏNİB VİDEO

BMT-nin Baş katibi Ukrayna ilə Rusiya arasında atəşkəs elanını alqışlayıb

Vəkillər Kollegiyasının üzvləri Türkiyədə beynəlxalq arbitraj tədbirində iştirak ediblər

Belçikada İkinci Dünya müharibəsi zamanı həlak olmuş həmvətənlərimizin xatirəsi anılıb

Premyer Liqa: "Qarabağ" Qəbələ səfərində xal itirib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqı üçün daim yol xəritəsi olacaq ŞƏRH

Azərbaycan karateçisi Avropa çempionu oldu

Rumınların böyük əksəriyyəti Avropa İttifaqını dəstəkləyir - sorğu

DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd edilib

Heydər Əliyevin tövsiyələri ilə formalaşan Azərbaycan gəncliyi dövlətə sədaqətlə xidmət edir - ŞƏRH

“Azərbaycan özümü turist kimi hiss etmədiyim ölkədir” - “Star” qəzeti

Yeniləşən Akademiyada rəqəmsallaşma üzrə müavinlərin seçilməsinə dair müsahibə təşkil olunub

Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar VİDEO

Bərdədə ödəmə terminallarından 40 min manat oğurlayan şəxslər saxlanılıb

Ulu Öndərin dövlətçilik məktəbi gələcək nəsillər üçün örnəkdir ŞƏRH

Azərbaycanın müasir şəhərsalma tarixində Heydər Əliyev dövrü xüsusi mərhələdir

İşğaldan azad edilmiş ərazilərimizdə həyatın canlanması Heydər Əliyev ideyalarının təntənəsidir ŞƏRH

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib VİDEO

Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib VİDEO

Heydər Əliyev qarşılıqlı hörmətə əsaslanan siyasi dialoq modelini formalaşdırmış lider idi ŞƏRH

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu VİDEO

45 ilin yolları bu gün yenidən bir ünvanda qovuşdu VİDEO

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib VİDEO

Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

BDU “AnewZ” beynəlxalq televiziya kanalı ilə əməkdaşlığa başlayır

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Filarmoniya bağında Qələbə Gününə həsr olunan konsert proqramı təqdim edilib VİDEO

Dövlətçilik və dostluq salnaməsi: Ulu Öndərin xatirəsi Gürcüstanda yad edilib

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib

BTQ beynəlxalq ictimaiyyəti Fransanın Kanakidəki siyasətinə münasibətdə prinsipial mövqe tutmağa çağırır

Atırauda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb