Tbilisi və Rustavi şəhərlərində Ulu Öndərin abidəsi ziyarət olunub
Tbilisi, 10 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyamiqyaslı siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Nəriman Qurbanov, azərbaycanlı iş adamları, jurnalistlər, ictimaiyyət nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Ümummilli Liderin Rustavi şəhərindəki abidəsi də ziyarət olunub.
Hər iki şəhərdə Ulu Öndərin büstü önünə əklil və gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.