Goranboylular Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər
Goranboy, 10 may, AZƏRTAC
Goranboyda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin Goranboy rayon mərkəzində ucaldılmış abidəsi Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, ictimai fəallar, hüquq-mühafizə orqanlarının, təşkilat, idarə, müəssisə, xidmət sahələrinin kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Heydər Əliyev mərkəzi ziyarət edilərək, Ulu Öndərin mənalı ömür yoluna və çox şaxəli dövlət idarəçilik fəaliyyətinə həsr olunmuş xüsusi videoçarx izlənilib, foto stendlərə baxış keçirilib.
Müxbir - Elcan Məmmədov