Mədəniyyət xadimləri Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 10 may, AZƏRTAC
Yaradıcılıq ittifaqlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri və mədəniyyət naziri Adil Kərimli müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə mayın 10-da Fəxri xiyabana gələrək dahi siyasətçinin məzarını ziyarət ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mədəniyyətimizin böyük himayədarının məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Ziyarət zamanı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.