Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
Ankara, 10 may, AZƏRTAC
Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi anılıb, abidəsi önünə gül dəstəsi qoyulub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə parlamentinin üzvləri, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən müxtəlif strukturlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mərasimin iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun xatirəsini ehtiramla yad ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara