“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
Bakı, 10 may, AZƏRTAC
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, 5 mərhələdən ibarət yarışın ilk mərhələsi “Sea Breeze”dən start götürməklə 158,7 kilometr məsafəni əhatə edib və Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda başa çatıb.
Finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.
“XDS Astana” klubunun velosipedçisi Qleb Siritsa ikinci olub.
Üçüncü yeri Belçikanın “Tarteletto–Isoreks” komandasının idmançısı Timoti Dyupon tutub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı start götürür
- 10.05.2026 [06:34]
Premyer Liqa: "Turan Tovuz" və "Neftçi"nin ev sınağı
- 10.05.2026 [04:28]
Mahir Emreli baş məşqçiyə görə Almaniya klubundan ayrılır
- 10.05.2026 [02:59]
Lionel Messi MLS-in tarixinə düşüb
- 10.05.2026 [00:44]