Azərbaycanlı alim beynəlxalq sertifikatla təltif olunub
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Sevinc Bayramova Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası tərəfindən təşkil olunan ixtisasartırma təlimlərində iştirak edib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, təlim “Ərəb dilini ikinci dil kimi öyrənənlər üçün test tapşırıqlarının hazırlanmasının əsas prinsipləri” mövzusuna həsr olunub və onlayn formatda keçirilib.
Təlim çərçivəsində Sevinc Bayramova audiodərslərin təşkili, dinləmə bacarıqlarının inkişafı, tədris prosesində tətbiq olunan metodlar və testlərin hazırlanması üzrə müasir yanaşmalarla tanış olub.
Proqramı uğurla başa vuran alim Akademiyanın beynəlxalq səviyyəli iştirakçı sertifikatı ilə təltif edilib.
Ümumilikdə 12 akademik saat davam edən kursun əsas məqsədi ərəb dili tədrisində müasir qiymətləndirmə metodlarının tətbiqi və beynəlxalq test standartlarının mənimsədilməsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]