Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanlı deputat Avropa Şurasının rəhbərliyini törətdiyi saxtakarlıq və özbaşınalıqlara görə rəsmən üzr istəməyə vadar etdi

Paris, 31 yanvar, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında baş vermiş bu hadisə demokratiya məktəbi adlanan təşkilatda da necə antidemokratik oyunların baş verdiyinə əyani sübutdur.

Yanvarın 27-də günün ikinci yarısında 4 istiqamətdə müzakirələr aparılmalı idi. Günün birinci yarısında başlamış və yekunlaşdırılması nəzərdə tutulan “Ukrayna qaçqınları və məcburi köçkünlərinin humanitar vəziyyəti” adlı məruzə, “Avropa İttifaqı və Avropa Şurası ilə anlaşma memorandumunun tətbiqi” və “Monteneqronun Avropa Şurası qarşısında öhdəlik və vəzifələri” adlı hesabatlar, son olaraq isə artıq Parlament Assambleyasında ənənəvi şəkil almış “Sərbəst müzakirələr” keçirilməli idi. Bu müzakirə forması da son illərdə ona görə tətbiq edilir ki, deputatlar öz seçimləri üzrə sessiyanın gündəliyində olmayan, amma xüsusi aktuallıq kəsb edən problemlərdən söz aça bilsinlər.

Axşam saat dördün yarısından səkkizə qədər, dörd saat yarım ərzində bu qədər məsələni müzakirə etmək çətin idi və çıxışa yazılanların sayı da çox olduğundan hər natiqə 3 dəqiqə ayrılırdı. Sərbəst müzakirələr xeyli gec, saat 19.09-da başladı və 39 nəfərin qeydiyyata düşdüyü bu müzakirələrdə hamının vaxt darlığı üzündən söz ala bilməyəcəyi bəlli idi. Bu arada Assambleya üzvlərinin diqqətini Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bir neçə dəfə rəyasət heyətinə qalxaraq AŞPA sədri Ann Brasör və baş katib Voysex Savitski ilə nə barədəsə kəskin danışması cəlb etdi. Az sonra məlum oldu ki, söhbət Avropa Şurası rəhbərliyinin törətdiyi ciddi bir saxtakarlıqdan, rəsmi sənədlərin qanunun ziddinə olaraq məqsədli şəkildə dəyişdirilməsindən gedir. Əvvəlcə onlar bunu etiraf etməyərək hər şeyin AŞPA Nizamnaməsi ilə düzgün olduğunu izah etməyə çalışsalar da, deputat Rafael Hüseynov elə həmin Nizamnamə əsasında onların doğru danışmadıqlarını, qəsdən həqiqətləri təhrif etdiklərini sübut etdi.

Ertəsi gün aparılan araşdırmalar saxtakarlıq və özbaşınalıq faktlarının danılmaz olduğunu göstərdi. Avropa Şurası rəhbərliyi Rafael Hüseynova rəsmi məktub yazaraq səhv baş verdiyini, buna görə də üzr istədiyini ifadə etsə də, azərbaycanlı deputat üzrləri qəbul edərək guya səhv baş verməsi haqda iddiaları rədd etdi, bütün bunların təsadüfi texniki yanlışlıq deyil, düşünülmüş bir təxribat olduğunu bildirdi.

Məsələnin təfərrüatı ilə bağlı deputat Rafael Hüseynov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib: “Avropa Şurası Parlament Assambleyasının sessiyalarında müzakirə olunan məsələlərlə bağlı danışmaq üçün mütləq sessiyadan öncə Katibliyə müraciət etmək lazımdır. Adətən sessiyaya 20-25 gün qalmış gündəlik bəlli olur və AŞPA Katibliyində həmişə çıxışçıların sıralanması ilə bağlı manipulyasiyalar edildiyini nəzərə alaraq biz də çıxışçılar siyahısına ən ilk yazılanlardan oluruq ki, bəhanələri kəsilsin. Dəfələrlə bunun şahidi olmuşuq ki, lap tez müraciət etməyimizə baxmayaraq, bizi çıxışçılar siyahısında axıra salıblar ki, vaxt çatmadığı üçün danışa bilməyək. Yaxud sıralanmada həmişə elə ardıcıllıq formalaşdırırlar ki, bizdən əvvəl də, sonra da bir neçə erməni deputat danışır. Bizdən əvvəl danışana cavab vermək olur, bizdən sonra çıxış edənsə istədiyi böhtanı yağdırır və cavabsız qalır. Belə hallar və buna bənzər qanun pozuntuları, özbaşınalıqlar həmişə olub və biz də belə hallara qarşı etirazımızı bildirmişik. Lakin Azərbaycana xüsusi mənfi münasibəti və ədalətsiz yanaşmaları ilə fərqlənən hazırkı sədr Ann Brasörün rəhbərliyi vaxtında bu hallar artıq dözülməz həddə çatıb. Hələ Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupuna başçılıq etdiyi zamanlarda Ann Brasör Azərbaycan əleyhinə mütəmadi qərəzli məsələləri ortaya atması ilə seçilirdi. Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində Ann Brasör partiya qrupunun növbəti iclaslarından birinin lap əvvəlində məsələ qaldırdı ki, guya Azərbaycanda insan haqları pozulur, ona görə də müzakirə aparaq, qərar qəbul edək və Assambleya rəhbərliyinə müraciət hazırlayaq ki, həmin beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin qarşısını almaq üçün çağırış etsin. Mən dərhal söz aldım, bu əsassız iddianı rədd etdim. Bildirdim ki, əvvələn, bir mədəniyyət tədbirini siyasiləşdirmək doğru deyil. Digər tərəfdən, həmin müsabiqə Azərbaycanda ona görə keçirilir ki, bu ölkənin təmsilçisi ötən müsabiqədə qalib olub. Bu, qəbul olunmuş şərtdir. Üçüncüsü də əgər Azərbaycanda insan haqlarının pozulduğunu iddia edirsinizsə, əksinə o halda da belə bir böyük beynəlxalq tədbirin Bakıda keçirilməsi məqsədəuyğundur. Qoy insanlar gəlib əsl həqiqətləri gözləri ilə görsünlər. Bilsinlər ki, siz haqlısınız, yoxsa Azərbaycan. O vaxt Böyük Britaniyalı deputat Maykl Hənkok da mənim ardımca eyni məzmunda Ann Brasörə qarşı sərt çıxış etdi və təşəbbüskar xanımın qərəzli təklifi gündəliyə salınmadı. Yaxud ən əyani misallardan biri. Azərbaycan Prezidenti İlham Əliyev ötən il AŞPA-da çıxış edib suallara cavab verməli idi. Ali qonağı Assambleyaya təqdim edərkən Ann Brasör belə təqdimata xas olmayan bir tərzdə subyektiv tənqidi mülahizələrlə sözə başladı. Azərbaycan Prezidenti nitqinə başlayarkən isə heç bir əsas olmadan, bütün etik və diplomatik etiketi pozaraq 2 dəfə onun sözünü kəsdi. Öz aləmində bəlkə də düşünürdü ki, belə süni yaradılan emosional gərginlik Azərbaycan Prezidentinə təsir edər. Eyni zamanda, bu qəbahətli hərəkətlər zalda əyləşən qərəzli, təhrikçi sualları artıq irəlicədən hazır olan özükimilərə Ann Brasörün mesajı idi. Yəni, siz də belə rəftar edin. Ancaq onlar qarşılarında hansı qüdrətin, hansı böyük bir şəxsiyyətin dayandığını unudurdular. Prezident İlham Əliyev təmkinini zərrə qədər pozmadan başda Ann Brasör olmaqla bütün onabənzərlərin layiqli cavabını verdi, hamısını susduraraq yerində oturtdu.

Bu, bizim tanıdığımız Ann Brasördür.

Hazırkı sessiyanın ilk iş günündə mədəniyyət, elm, təhsil və media komitəsinin yeni sədri seçilməli idi. Ən real namizəd mən idim və əslində digər iddiaçı da yox idi. Qəbul olunmuş qaydalara görə bu komitə üçün sədrin namizədliyi Avropa Naminə Liberal Demokratların Alyansı partiya qrupundan təqdim edilməli idi. Mən 15 ildir ki, həm o qrupun, həm də mədəniyyət, elm, təhsil və media komitəsinin üzvüyəm. Bu stajda orada ikinci şəxs yoxdur. Arxada qalan illər ərzində mədəniyyət, elm, təhsil, jurnalistika mövzularında, ümumavropa əhəmiyyətli problemlərlə bağlı 6 məruzə, 40-a yaxın qətnamə hazırlamışam, növbəti “Etiqad azadlığı və dini təcrübələr” adlı çox vacib məruzəmi də bitirməkdəyəm. Həmin komitədə bu qədər fəaliyyəti olan ikinci şəxs yoxdur. Amma tələm-tələsik iki namizəd də ortaya çıxardılar və zəif, heç bir fəaliyyəti olmayan deputatın namizədliyini irəli sürdülər. Bu, Ann Brasörün birbaşa diktəsi idi. Yəni, kim olur olsun, azərbaycanlı olmasın. Müəyyən dairələrdə bunu etiraf da edib. Niyə? Çünki komitə sədri avtomatik olaraq Büro və Daimi Komitə üzvünə çevrilir. Deməli, Assambleyanın ən yuxarı qatında sözümüzü demək, haqqımızı müdafiə etmək imkanı yaranacaq. Təbii ki, bu, Ann Brasörü təmin edə bilməz. Ann Brasörün Büroda ölkəmizin haqqını müdafiə edən azərbaycanlı bir yana qalsın, digər ölkələrdən olan deputatlara münasibəti də yaxşı deyil. Büronu onun dediyini deyənlərin tam çoxluq təşkil etdiyi quruma döndərmək niyyətləri aşkar sezilir. Beləliklə, Büroya düşməyimizə imkan vermədi, Azərbaycana daha bir pisliyini etdi. Əlbəttə, Ann Brasör bunların mənə aidiyyəti yoxdur söyləyə də bilər. Di gəl, biz o qədər də sadəlövh deyilik ki, belə qəlp sözlərə inanaq. İstənilən seçkidən tutmuş çıxışçıların siyahısına nəzarətədək hər şey bu dırnaqarası demokratın birbaşa nəzarətindədir.

Yanvarın 27-də “Sərbəst müzakirələr”lə bağlı çıxışların çap olunmuş siyahısı saat 17-də hazır idi və nəşr olunmuşdu. Mən həmin siyahıda 18-ci idim. Gözəyarı hesablamaya görə mənə söz çatırdı. Hətta məndən sonra 2-3 nəfərə də çıxış etmək imkanı verilə bilərdi. Katiblikdən mətbəə üsulu ilə rəsmən çap olunmuş həmin siyahıdan bir nüsxə götürüb zalda yerimdə əyləşdim. Amma çıxış növbəmə az qalmış masaların üstündə digər bir siyahı gördüm. 17.45-də tələm-tələsik ikinci bir siyahı çap etmişdilər. Bu siyahıda hər şey əvvəlki siyahıda olan kimi idi. Bircə dəyişiklik vardı. Məni 18-ci yerdən götürüb 24-cü yerə atmışdılar. Bu isə o demək idi ki, iclasın vaxtı bitdiyi üçün mənə söz çatmayacaq. Əvəzində isə əvvəl danışmış erməni deputatın ardınca daha ikisi çıxış edəcək. Mən dərhal Rəyasət Heyətinə qalxaraq iclası aparan Ann Brasörə dedim ki, bu, saxtakarlıqdır, əlimdə iki çap olunmuş fərqli siyahı var. Cavab verdi ki, bu ardıcıllıq məsələsinə Katiblik baxır. Bu dəfə AŞPA baş katibi Voysex Savitskiyə müraciət etdim. O da katiblikdən sənədləşmə ofisinin rəhbərini çağırdı. Dedilər: “Hər şey qanunidir, biz Nizamnamə əsasında işləyirik”.

Nizamnaməni onlardan pis bilmədiyimi söylədim və kitabı açaraq müvafiq bəndləri nişan verdim, məhz Nizamnaməyə görə çıxışçılar siyahısında əvvəldə olmalı olduğumu anlatdım. Katiblikdə ayrıca bir kitab var ki, orada hər kəsin irəlicədən, sessiya öncəsi müəyyən məruzə ilə bağlı müzakirələrə qatılmaqdan ötrü hansı gün, hətta hansı saat, hansı dəqiqədə müraciət etdiyi əks olunur. O siyahıda bu mövzu üzrə əvvəldən ikinci idim. Katiblikdə həmin sənədin də irəlicədən fotosunu çəkmişdim. Onlara göstərdim ki, ilkin siyahıda mən lap əvvəldəyəm. Həm də sizin saat 17-də tərtib olunmuş siyahıda hər şey elə qaydalara uyğundur. Lakin 17.45-də ikinci qondarma siyahıda bu, saxtalaşdırılıb. Mənim əlimdə çap edilmiş hər iki çıxışçı siyahısının olması onları şoka saldı. Çünki həmin birinci siyahının bütün nüsxələrinin məhv edildiyini düşünürmüşlər. Katiblikdəki ilkin müraciətlər siyahısı öz əllərində idi. Lakin orada da daha nəsə dəyişiklik edə, kimisə daha əvvələ ata bilməzdilər. Çünki əvvəlcədən fotosunu çəkmişdim. Etsəydilər, bu, onları ifşa edən daha bir mühüm dəlilə çevriləcəkdi. Bunu da onlara elan etdim. Saxtakarlığı nə şəkildəsə izah etmək, cavab tapmaq üçün çox çalışdılar və mənə də vəd etdilər ki, mütləq yazılı cavab verərək hər şeyin düzgün olduğunu göstərəcəklər. Mən də bildirdim ki, siz cavabınızı yazmaqda olun, mən də bu saxtakarlığı sübut edən bütün sənədləri və Nizamnamənin mənim dediklərimin haqq olduğunu təsdiqləyən müddəalarını Avropa mətbuatına çıxaracağam.

İki günlük araşdırmalardan sonra çıxış yollarının olmadığını hiss edərək üzrxahlıq məktubu yazdılar. Bundan əlavə, Katibliyin rəhbərliyi də, AŞPA baş katibi də şəxsən yaxınlaşıb üzr istədilər. Üzrləri qəbul etdim, lakin məktubun məzmununu yox. Çünki məktubda səhv etdikləri, guya diqqətsizlikdən yanlışa yol verdiklərini yazırdılar. Bildirdim ki, əgər saxtalaşdırılmış ikinci siyahıdan əlavə düzgün tərtib edilmiş birinci mətbu siyahı olmasaydı, həqiqətən səhv etdiyinizə inanardım. Burada isə faktlar onu deyir ki, məqsədli şəkildə, Avropanın son dərəcə nüfuzlu bir təşkilatında sənədlərin saxtalaşdırılması baş verib, bu isə artıq cinayət məsuliyyəti müəyyənləşdirir. Baş vermiş bütün hadisələrdə isə mən buyruq yerinə yetirən icraçıları deyil, ədalətsiz yanaşmaları iş üslubuna çevirmiş Ann Brasörü günahkar sayıram.

Həmin iclas günündə Ann Brasörün ermənipərəst mövqeyini təsdiqləyən və qaydaların kobud şəkildə pozulması nümunəsi hesab edilə bilən daha bir danılmaz fakt. Yanvarın 27-də “Sərbəst müzakirələr”də axırıncılardan biri olaraq Ermənistan nümayəndə heyətinin üzvü Karapetyan çıxış etdi. O, Parisdə “Charlie Hebdo” jurnalının əməkdaşlarına qarşı baş vermiş terrordan, mətbuat azadlığı məsələlərindən danışmağa, Türkiyənin ünvanına təhqirlər yağdırmağa başladı. Qəbul olunmuş qaydalara görə “Sərbəst müzakirələr”də çıxış edən şəxs artıq sessiyanın gündəliyində olan hər hansı bir məsələ barədə danışmağa başlayırsa, onun nitqi yarımçıq kəsilməlidir. Ann Brasör başqalarına münasibətdə bunu dəfələrlə edib. Amma sessiyanın gündəliyində həm Parisdəki terror aktları, həm də Avropada mətbuat azadlığı problemi ilə bağlı 2 məruzə olsa da, Ann Brasör Karapetyanı dayandırmadı.

Belliklə, Avropa Şurası rəhbərliyinin törətdiyi bu saxtakarlıq və özbaşınalıq nümunələri onların özləri tərəfindən də etiraf edilib. Düşünürəm ki, demokratiya məktəbi sayılan, Avropaya və dünyaya qanunun aliliyini, qanuna sayğını, insan haqlarına hörməti, düzgünlüyü öyrədən bir təşkilatda belə hallar olmamalıdır. Həqiqət, düzlük yalnız riyakarlıq, saxtakarlıq olmayan yerdə mümkündür. Avropa Şurasında yeri gəldi-gəlmədi əleyhimizə tənqid yağdıran bəzi ağzıgöyçəklər bu biabırçı hadisədən dərs almalı, nəticə çıxarmalıdırlar”.

Rafael Hüseynov bildirib ki, AŞPA-nın yaz sessiyasının əvvəlində bu məsələ ilə bağlı Assambleya qarşısında da çıxış edərək həqiqətləri deputatların nəzərinə çatdıracaq.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

AzMİU beynəlxalq reytinq siyahısında irəliləyib

Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi qeyd olunub

14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı beynəlxalq sertifikat almasının üstünlükləri açıqlanıb

Tarla seminarında “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi” mövzusu müzakirə olunub

Baş nazir Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib

Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək

Xaçmazda kros qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb

Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub

Çin süni intellekt üzrə üçillik Fəaliyyət Planını açıqlayıb

KİV: Şahzadə Keyt Middltonun səhhəti yaxşılaşır

Fərid Şəfiyev: Ermənistan Azərbaycana təzminat ödəməlidir

Heinui Le Kailil: Fransa nüvə silahının tərəfdarı kimi ekologiyaya, insanlığa ciddi ziyan vurub

Aleks de Souza Türkiyə klubu ilə müqavilə imzalayıb

Dövlət Kukla Teatrı və “Oyuq” Müstəqil Teatrı Füzuli şəhərində çıxış ediblər

Sinoptiklərdən xəbərdarlıq: Dolu düşəcək, sulu qar yağacaq

BMT-nin Baş katibi: Təhlükəsiz və inklüziv süni intellekt üçün qlobal koordinasiya lazımdır

AFFA yeni sponsorluq müqaviləsi imzalayıb

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşüb

Naxçıvanın tarixi məhəlləsi Şahabdan REPORTAJ

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş inklüziv sərgi təşkil olunub

Vyetnamda beş yaşlı uşaqlar təhsil ödənişindən azad ediləcək

Türk Dövlətləri Təşkilatı “Türk Dünyası-2040” baxışı ilə yeni bir dövrə doğru irəliləməkdədir

Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir

Osloda Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib

Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq Fransız Polineziyasının müstəqillik mübarizəsinə töhfə verəcək

“Azərkosmos” Çin şirkəti ilə əməkdaşlıq edəcək

Ötən il BDU-nun 3200 tələbəsi karyera quruculuğuna dair təlimlərə cəlb olunub

® “Birbank Biznes”dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı

Londonun şərqində atışma: 4 nəfər yaralanıb

Qala Etno Fest başlayır

Türkiyənin ilk azərbaycanlı astronavtının anası: Cihangir 36 min namizəd arasından çox məşəqqətli testlərdən sonra seçildi FOTOLAR

Yazıçılar Birliyində Puşkinin anadan olmasının 225 illiyi qeyd olunub

Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

ADA Universitetində VI İngilis Dili Olimpiadasının qalibləri müəyyənləşib

YAP nümayəndə heyəti ICAPP iclaslarında iştirak edib

Hindistanda fişənglərin partlaması nəticəsində azı üç nəfər ölüb

Azərbaycanda taksi sürücülərinin hazırlığını Dövlət İmtahan Mərkəzi qiymətləndirəcək - EKSKLÜZİV

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Premyer Liqaya yüksələn komanda qapıçısı ilə yollarını ayırıb

Dövlətə məxsus 21 nəqliyyat vasitəsi satılıb

Azərbaycanda korporativ idarəetmə üzrə yeni dövlət standartı qəbul edilib

Marania Vaianui: Fransa BMT-nin qətnamələrinə riayət etmir

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir VİDEO

Şəmkirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək

BMT bu gün ilk dəfə Beynəlxalq Kartof Gününü qeyd edir

İndoneziyada Marapi vulkanı yenidən püskürüb

Azərbaycanın Müstəqillik Günü Malayziyada da qeyd olunub

Türkmənistan Elmlər Akademiyasının prezidenti: Azərbaycan ilə əməkdaşlıq üçün geniş imkanlar var

Aqrar Sığorta Fondu əkin sahələri zərər çəkmiş bölgələrdə görüşləri davam etdirir

Rəqəmsal yaradıcı həftəsonu elan olunur

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan məscidində olublar

Polineziya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın dəstəyinə ehtiyacımız var

® “AccessBank” OK kartı ilə alış-veriş et, 25 AZN keşbek qazan!

Güləş üzrə Azərbaycan yığmalarının reytinq turniri üçün ilkin heyəti açıqlanıb

Baş nazir Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb

Professor İdris Abbasovun ümumi dilçiliyə dair yeni monoqrafiyası çapdan çıxıb

Bakıda Fransız Polineziyasının dekolonizasiya hüququ ilə bağlı konfrans keçirilir

Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın növbəti iclası keçirilib

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 May – Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd edilib

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Bəxtiyar Əliyev: Şimali Kiprlə elm-təhsil sahəsində əməkdaşlığımızı genişləndirmək üçün imkanlar mövcuddur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Azərbaycan millisinin baş məşqçisi: Püşkdə bəxtimiz gətirdi

Nazim Çavuşoğlu: Vətən müharibəsi şəhidlərinin övladlarının Şimali Kiprdə ali təhsil alması barədə təklif vermişik

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Kür” qadın həndbolçular arasında Azərbaycan Kubokunun qalibi olub

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti Azərbaycan ilə Ermənistan arasında sülh imkanlarından istifadə etməyə çağırıb

Slovakiya hökuməti: Baş nazir Fitsonun vəziyyəti qənaətbəxşdir

“Avro-2026”: Futzal üzrə Azərbaycan millisinin əsas mərhələdəki rəqibləri bəlli olub

Baş prokurorun müavini: Prokurorluq orqanları ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirlərini gücləndirirlər VİDEO

Fransada əczaçıların tətili səbəbindən apteklərin 90 faizi bağlanıb

Londonun nüfuzlu qəzeti iki əsrdən sonra gündəlik nəşri dayandırır

Vyetnamda beş yaşlı uşağın ölümünə səbəb olan bağça əməkdaşı həbs edilib

Şuşa şəhərində daha 15 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Türkiyə Prezidenti “EFES-2024” təlimlərini izləyib

Əməkdar artist Elxan Qasımovun xatirəsi anılıb

Azərbaycanın güləş hakimi növbəti dəfə Olimpiadaya təyinat alıb

Si Cinpin İsrail-Fələstin sülh konfransı təklifi ilə çıxış edib

Bugünkü valyuta hərracında tələb 110 milyon dolları ötüb

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının sertifikatına layıq görülüb

Sanksiyalara baxmayaraq, Rusiyanın iki sərnişin təyyarəsi Finlandiya üzərindən uçub

Daşkənddə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş beynəlxalq elmi konfrans keçirilib

BMT: Sudanda məcburi köçkünlərin sayı 7 milyonu ötüb

FHN-in Bakı Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib

Moldova Respublikasının Prezidenti Maya Sandudan

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib

Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarradan

Kambocanın Kralı Norodom Sihamonidən