Ötən il BDU-nun 3200 tələbəsi karyera quruculuğuna dair təlimlərə cəlb olunub
Bakı, 30 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) əmək bazarının mövcud tələbatının nəzərə alınmasına, işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına böyük əhəmiyyət verir. Ötən il ölkədaxili əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə 8 təşkilatla müqavilə imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Bildirilib ki, hazırda 57 dövlət və özəl müəssisəsi, iri istehsalat şirkəti ilə əməkdaşlıq davam etdirilir.
Kadr hazırlığında əmək bazarının tələbatının nəzərə alınması məqsədilə işəgötürənlərlə birgə layihələr icra olunur. Ötən il işəgötürənlər tərəfindən karyera quruculuğu istiqamətində BDU-da tələbələrə 23 təlim və infosessiya, 17 təcrübə proqramı keçirilib, bir karyera sərgisi və iki karyera planlama xidməti təşkil olunub. İl ərzində 3200 tələbə təlimlərə cəlb olunub, 124 tələbə karyera quruculuğu istiqamətində konsultasiya alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [14:03]
Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]