Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın tarixi məhəlləsi Şahabdan REPORTAJ

Naxçıvan, 30 may, Nail Əsgərov, AZƏRTAC

Naxçıvan şəhərinin tarixindən, qədimliyindən danışan guşələrindən birindəyik. El arasında Şahab məhəlləsi adlanır bu yer. Gah genişlənib, gah da daralan döngələri, tinləri, klassik üslublu evləri, qədim abidələri insanı keçmişə qonaq aparır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşının tarixi Şahab məhəlləsindən hazırladığı reportajı təqdim edirik.

Qəhrəman şəhidimiz İdris Məmmədovun əziz xatirəsini yad edərək Küseyiroğlu əzəmətli, Pirqəmiş imanlı məhəllənin döngələri ilə addımlayırıq. Hər küncü, bucağı unudulmaz xatirə, yaşanılan bir anı yansıdır sanki. Neçə-neçə nəsillər keçib bu yollardan, toy-büsatlara şahidlik edib, qovalaqaç, gizlənqaç oynayan uşaqların şən-şaqraq səslərinə bürünüb bu evlərin yan-yörəsi. Arzular-diləklər tumurcuqlayıb, ümidlər çiçək açıb, könüllər pərvaz edib bahar ağacları, yaz mehi kimi. “Şahabı Xıncab, Qurdlar, Əlixan kimi məhəllələrdən fərqləndirən nədir” sualı ilə yaxınlaşırıq qarşımıza çıxan sakinlərə. Hər kəs bizə müfəssəl məlumat öyrənməkdən ötrü Kələntərlər ailəsinə qonaq olmağı məsləhət görür...

Sədərək döyüşlərinin ilk şəhidlərindən biri Şahablı olub

Qapını ehmalca döyürük. Qonaqpərvərliklə açılır üzümüzə. Akif Kələntərlinin evindəyik. İki yüz illik tarixə malik evdə. Müsahibimiz deyir ki, divarları, tavanı qədim memarlıq üslubunda inşa olunan bu ev ulu babasından yadigardır: “Atam tərəf Kələntərlər, anamgil isə Kəngərlilər nəslindəndir. Babamın atası düz, 120 il əvvəl bu evdə dünyaya göz açıb. Ümumiyyətlə, babamgilin bu məhəllədə bir neçə evi olub. 1937-ci ilin məlum hadisələri digər vətənpərvər ailələr kimi, bizim nəsildən də yan ötməyib. Babamın qardaşı uşaqları sürgünə məruz qalıb, Qazaxıstana köç etməyə məcbur olublar. İndi də get-gəlimiz, əlaqələrimiz var... Tariximizi yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər zaman ailə üzvlərimizin həyat amalı olub. Bax, indi yaşadığımız evə yeni otaqlar əlavə etsək də, heç vaxt bu dəyərli mirası sökmək kimi fikir ağlımızın ucundan keçməyib. Divarlarda, tavanda ustalıqla işlənən incə naxışları belə göz bəbəyi kimi qorumağa çalışmışıq”.

Akif dayı deyir ki, məhəllə tarixiliyi, adət-ənənəsi ilə yanaşı, həm də qəhrəmanlığı ilə seçilir, fərqlənir. 1987-1988-ci illərdə erməni daşnaklarının hücumu zamanı məhəllə sakinləri şəhərin müdafiəsində cəsarətlə, inadla dayanıblar: “Burada könüllü dəstələr yaratmışdıq. Qabaqcadan əldə etdiyimiz məlumat əsasında hücum gözlənilən bölgələrə qüvvələr göndərirdik. Şahablılar Sədərək döyüşlərində də yurda bağlılıq missiyasını ləyaqətlə yerinə yetiriblər. Həmin dövrdə məhəlləmizdə gənc-qoca fərq qoyulmadan 70 nəfərdən ibarət topçu divizionu (sonralar həmin dəstə Naxçıvan Müdafiə Komitəsi kimi təsis olunub) yaradaraq, Vətənimizin müdafiəsi üçün cəbhəyə yola saldıq. Könüllü dəstələrə təkcə Şahabdan deyil, Əliabad qəsəbəsi, Qaraxanbəyli kəndi və Çuxur məhəllələrindən də qoşulanlar çox idi. Onlar 5 il Vətənin keşiyində durdular. Aralarında şəhidlərimiz də oldu, sağ qayıdanlar da. Atam Asif Kələntərli (1991-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini işləyib) də o zamankı hadisələrdə xüsusi fəallıq göstərdi, özüm də yaxından iştirak etdim. İdris Məmmədov isə Sədərəyin ilk şəhidlərindən biri kimi həm də məhəlləmizin fəxri olaraq tarixə düşdü...”.

“Sovet dövründə evimizi muzeyə çevirmək üçün müraciət etdilər”

Məhəllədə növbəti qapısını döydüyümüz ev Zülfüqarovlar ailəsinə məxsusdur. Ailənin başçısı, yaşı 85-i haqlayan Sabir əmi bizi gülərüzlə salamlayıb içəriyə dəvət edir. Söhbət əsnasında öyrənirik ki, bu nəslin şəcərəsi Şükrullah və Hüseynqulu xanlaradək uzanır. Müsahibimiz deyir ki, şəhərin Xıncab, Qurdlar və digər məhəllələri kimi, Şahab məhəlləsinin sakinləri də adət-ənənələrini yaşatmağa çalışırlar. Məhəllə sakinləri bəzi illərdə susuzluqdan, bəzi illərdə qıtlıqdan əziyyət çəkiblər. Ancaq heç vaxt Şahabdan köçüb getməyi düşünməyiblər. Əvvəllər bu ərazidə iki məhəllə - Pirqəmiş və Şahab olub, sonralar birləşərək Şahab adlanıb. Məhəllədə sakinlərin ibadət yeri - Şahab məscidi də olub. İndi məhəllədə hər cür şərait var. İnsanlar rahat şəraitdə, firavanlıq içində yaşayır. Əvvəllər Şahabdakı əksər evlər möhrədən idi. Ancaq indi burada müasir üslublu yaraşıqlı evlər də tikilib.

Sabir kişi deyir ki, həyatın bütün sahələrində sürətli müasirləşmənin getməsinə rəğmən, şahablılar qədim soykökə çox bağlıdırlar: “Şəxsən mən bax, bu evimin klassik memarlıq üslubunu, əski naxışlarını heç bir müasir görkəmə, dizayna, interyerə dəyişmərəm. Bu, bizim ululardan qalan yadigarlardır. Tarixi incilərimizi qorumaq, yaşatmaq lazımdır. Şahabdakı bir sıra evlərdə belə əl işi, göz nuru sayılan nümunələr var. Sovet dövründə bir neçə dəfə evimizi muzeyə çevirmək üçün müraciət etdilər. Ozamankı hökumətə güvənə bilməzdim, ona görə də icazə vermədim. Bir neçə dəfə eyvandakı elementləri tarixi üslubunu saxlamaqla yeniləmişəm. Təvazökarlıqdan uzaq olmasın, mən köhnə fikirli insanam, keçmişə bağlı biriyəm. Evdə olan köhnə əşyaları da atmağa əlim gəlməz. Düşünürəm ki, onlar dəyərli mirasdır. Əgər biz keçmişi unutsaq, gələcək nəsil də şübhəsiz bizi xatırlamayacaq. Ona görə övladlarımızı, nəvələrimizi tariximizə, ənənələrimizə bağlı böyütməliyik, onlara birgünlük, bir neçə saatlıq əyləncələr deyil, ömürboyu xatırlayacaqları xatirələr bəxş etməliyik”.

Şahabdan ayrılanda düşüncələrə dalırsan...

Şahabın nostalji duyğularla dolan, yaddaşımda unudulmaz anlar buraxan döngələri ilə geri qayıdıram. Qəlbimdə məhəlləyə daxil olan zaman keçirdiyim təəssüf dolu hisslər yenidən dilə gəlir: Kaş ki, bu məhəllənin tarixini əks etdirən bir tabloya, tanıtım lövhəsinə rast gələydim. Orta və yaşlı nəslimiz qədim yer adlarımızı yaxşı tanısa da, heyif ki, uşaq, yeniyetmə və gənclərimizin çoxu bundan xəbərsizdir. Nəzərə alsaq ki, hər il minlərlə xarici qonaq Naxçıvana üz tutur və onları ən çox maraqlandıran yurdumuzun tarixi yerləridir, o zaman Əlixan, Xıncab, Qurdlar, Şahab kimi məhəllələrimizi tanıtmaq üçün həmin qədim yer adlarımızı nişan verən tanıtım lövhələri yerləşdirmək məqsədəuyğun olar. Bu, həm turizm baxımından cəlbedicilik yaradar, həm də tariximizin, qorunub yaşadılmasına xidmət edər. Tarixi yaşadanları isə dünya var olandan bəri tarix də yaşadıb...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Ordubadda yasa gedərkən qəzaya düşən şəxslərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir