Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək
Bakı, 30 may, AZƏRTAC
Laos iyulun 21-dən 27-dək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin 57-ci iclasına ev sahibliyi etmək üçün hazırlıq işlərinə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Laos Xəbər Agentliyi məlumat yayıb.
Toplantıya hazırlıqla bağlı Laos Baş nazirinin müavini və xarici işlər naziri Saleumxay Kommasithin sədrliyi ilə iclaslar keçirilib. Otuzdan çox ölkənin nazirlərinin iştirakı planlaşdırılan iclas ildə azı dörd dəfə toplanır. Təcili məsələlər olarsa, ASEAN tərəfindən xüsusi iclaslar da keçirilə bilər.
Bu tipli toplantılarda müntəzəm olaraq Assosiasiyanın icma quruculuğu səyləri, onun gələcək strateji istiqamətləri, həmçinin xarici əlaqələri müzakirə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]