Azərbaycanlı futbol hakimləri İstanbulda seminarda iştirak ediblər
Bakı, 1 yanvar, AZƏRTAC
AFFA və Türkiyə Futbol Federasiyası arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbulda VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti - üçüncü seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, birinci divizionda fəaliyyət göstərən referilər, həmçinin “CBC Sport” telekanalının videooperatorları iştirak ediblər.
Türkiyəli təlimatçılar Barış Şimşek və Burçin Keskinin, həmçinin AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stumlikin iştirak etdiyi seminar ərzində nəzəri məşğələlərlə yanaşı praktiki təlimlər də təşkil olunub.
Xatırladaq ki, VAR sistemi ilə bağlı Türkiyədə ilk seminar noyabrın 2-dən 4-dək, ikinci seminar isə noyabrın 30-dan dekabrın 2-ə qədər təşkil olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]
Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]