AZƏRBAYCANLI GƏNCLƏRİN İŞTİRAKI İLƏ KONFRANS KEÇİRİLMİŞDİR
Almatidaki “Turan” konqresi nəzdində fəaliyyət göstərən Gənclər şurası “Azərbaycanlı gənclərin Qazaxıstanın siyasi və iqtisadi həyatında iştirakı” mövzusunda konfrans keçirmişdir. Tədbirdə Almatıdakı Qaraçay, Balkar, Türk, Uyğur, Dunqan və başqa mədəniyyət mərkəzləri nəzdindəki gənclər şuralarının rəhbərləri, Qazaxıstan Xalqları Assambleyasının (QXA) nümayəndələri iştirak etmişlər.
Konfransı Gənclər Şurasının sədri, azərbaycanlı gənclərin Qazaxıstan Xalqları Assambleyasındakı nümayəndəsi Adil Şəkərəliyev açmış, QXA-nın doqquzuncu sessiyasında gənclərin qarşısında qoyulan məsələlərdən danışaraq demişdir ki, növbəti parlament seçkilərində Qazaxıstan Xalqları Assambleyası xətti ilə ölkədə yaşayan milli azlıqların on dörd nümayəndəsinə senata və məclisə seçilmək hüququ verilmişdir və biz bu imkandan istifadə etməliyik.
Konfransda bildirilmişdir ki, gənc soydaşlarımız ölkənin ali məktəb və kolleclərində uğurla təhsil alır, elmi işə həvəs göstərirlər. Gənclərin nümayəndələri çıxış edərək problemlərdən danışmış, gəncləri daha fəal olmağa çağırmışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]