Azərbaycanlı psixoloqlar beynəlxalq sertifikata layiq görülüblər
Bakı, 5 may, AZƏRTAC
For Azerbaijan Beynəlxalq Xeyriyyə Təşkilatı ölkəmizdə daha bir ilkə imza atıb.
AZƏRTAC xəbər verir ki, “For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatı və “PAŞA Sığorta”nın dəstəyi ilə həyata keçirilən "Azərbaycanda psixolojı reabilitasiya imkanlarının artırılması" layihəsi çərçivəsində superviziyalarını başa vurmuş 17 psixoloqumuz "Beynəlxalq koqnitiv işlənmə terapiyası" üzrə beynəlxalq sertifikata sahib olublar.
Qeyd edək ki, həmin sertifikatlar təsdiqlənmiş formada qurumun rəsmi saytında yerləşdirilib və ölkəmizdəki sertifikatlı mütəxəssislər haqqında məlumat əlavə olunub.