MƏDƏNİYYƏT
Azərbaycanlı rəssamın Parisdə sərgisi açılacaq
Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 6-dan oktyabrın 11-dək Parisin “Galerie Rabouan Moussion” mərkəzində azərbaycanlı rəssam Fərid Rəsulovun sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, rəssam ənənəvi Azərbaycan xalçası ilə tavandan döşəməyə qədər bütün məkanı əhatə edəcək installyasiya təqdim edəcək. Ornamentin hədəfi - yonulmasından və çəkilməsindən asılı olmayaraq, obyekti gözəlləşdirməkdir. Bu installyasiya ilə Fərid Rəsulov müasir incəsənətə və transformasiyaya çox yaxın olan ağ kub anlayışını nəzərdən keçirir. Burada parça Şərq və Qərbin vəhdətini əks etdirir.
Qeyd edək ki, Fərid Rəsulov Azərbaycan Dövlət Tibb Universitetində təhsil alsa da, sonradan incəsənət sahəsində fəaliyyətə başlayıb. O, Azərbaycanı 2009-cu ildə 53-cü və 2011-ci ildə 55-ci Venesiya Bienallelərində təmsil edib. Onun böyük ölçülü rəsm əsərləri, installyasiyaları və heykəltəraşlıq nümunələri maraqla qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.07.2024 [11:11]
“Lokomotiv və vaqonlar” hazırdır
- 03.07.2024 [10:58]
“Beş manatlıq gəlin” tamaşası növbəti dəfə nümayiş olunacaq
- 03.07.2024 [10:55]
Göygöl rayonunda növbəti Milli Yaylaq Festivalı təşkil olunacaq
- 03.07.2024 [10:19]
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
- 02.07.2024 [17:59]
Məktəb-studiyanın yekun konserti olub
- 02.07.2024 [15:24]
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
- 02.07.2024 [15:12]
İstanbulda Azərbaycan və Türkiyə gənclərinin birgə konserti təşkil olunub
- 02.07.2024 [15:10]