“Azəri Mərkəzi Şərqi” layihəsi üzrə payaların ilin sonlarınadək dənizdə quraşdırılması planlaşdırılır
Bakı, 6 fevral, AZƏRTAC
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə payaların cari ilin sonlarınadək dənizdə quraşdırılması nəzərdə tutulur.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin aprelində “Azəri Mərkəzi Şərqi” layihəsinə sanksiya verilib. Altı milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 min barrelədək neft hasil etmək gücündə layihələndirilib və istismar müddəti ərzində onun 300 milyon barrelədək əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.
2019-cu ildə bu layihə üzrə əsas tikinti-quraşdırma, dəniz və sualtı işlər üzrə müqavilələr bağlanıb və iyulda tikinti işlərinə başlanıb. Tikinti işləri ilin ikinci yarısında genişlənməyə davam edib.
Hazırda platformanın üst modulları və qazma qurğusunun tikinisi və quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsində plan üzrə irəliləyir, dayaq bloku və onun payalarının tikintisi Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda qrafiki qabaqlamaqla davam edir. Payaların bu ilin sonlarına yaxın dənizdə quraşdırılması planlaşdırılır. Yaşayış blokunun tikintisi İsveçdə qrafiki qabaqlamaqla irəliləyir. Sualtı boruların örtüklənməsi işləri üzrə sınaqlar başlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]