“AZƏRİ STAR” MÜSABİQƏSİNƏ YEKUN VURULDU
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konsertdə “Space” televiziyasının təşkilati dəstəyi ilə keçirilən müsabiqənin 12 finalçısı çıxış etmişdir. Münsiflər heyətinin və “AzerCell” üzrə hesablanmış səslərin əsasında Günel Məhərrəmova birinci, Elton Hüseynəliyev ikinci, Aynur İsgəndərli üçüncü yerləri tutmuşlar. Müsabiqənin qaliblərinin, “Azəri Star”, “Bəri bax” qruplarının, xalq artisti İlhamə Quliyevanın, əməkdar artist Faiq Ağayevin, müğənnilərdən Eyyub Yaqubov, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, İradə İbrahimova və digərlərinin ifalarını tamaşaçılar hərarətlə qarşılamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]