“Azəriqaz” İstehsalat Birliyində ödənişin səviyyəsi yüksək olaraq qalır
Bakı, 15 noyabr (AZƏRTAC). Cari ilin 10 ayı ərzində ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən əhali sektoruna 1 591 261 346 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında 104,42 faiz vəsait toplanmışdır.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin oktyabr ayı ərzində 127 210 323 kubmetr təbii qaz satılmış və qarşılığında 109,7 faiz vəsait toplanmışdır. Vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artmasına görə əhaliyə satılan qazın həcmi çoxalmış və bu səbəbdən də istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməmişdir. Həmin dövr ərzində yaranmış debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə 2013-cü ilin oktyabr ayı ərzində debitor borc 2,1 faiz azalmışdır. 1 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 10 ay ərzində 14,2 faiz azalmışdır.
Qeyd etmək lazımdır ki, 2013-cü il noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 108 339 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [23:24]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO
- 13.06.2026 [23:15]
Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub
- 13.06.2026 [22:37]